ADB Azərbaycandakı inflyasiyanın sürətlənməsinin səbəblərini açıqlayıb
Asiya İnkişaf Bankı (ADB) Qafqaz və Mərkəzi Asiya regionu üzrə inflyasiya proqnozunu bu il üçün 2,5 faiz bəndi artıraraq 8,8 %-dən 11,3 %-ə çatdırıb.
"Report" xəbər verir ki, bu barədə ADB-nin "Asian Development Outlook-2022" iyul hesabatında bildirilib.
Sənədə əsasən, bank gələn il üçün regionda inflyasiya proqnozunu 1 faiz bəndi artıraraq 7,1 %-dən 8,1 %-ə yüksəldib.
"Qlobal əmtəə qiymətlərinin daha da artması və Ukraynadakı müharibə səbəbindən və tədarük zəncirinin pozulması subregionda onsuzda mövcud olan inflyasiya təzyiqlərini artırıb. Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistan üçün inflyasiya proqnozları artırılıb.
Ukraynada müharibə səbəbi ilə tədarükün kəsilməsi və ticarət tərəfdaşlarında qiymət artımı səbəbindən ərzaq qiymətlərinin artması ilə Azərbaycanda inflyasiya may ayında 12,6 %-ə yüksəlib", - hesabatda deyilir.
Gürcüstanda orta illik inflyasiya, ərzaq, nəqliyyat və kommunal xidmətlərdə qiymətlərin artması ilə mayda 12,7 %-ə yüksəlib.
Eyni ayda Qazaxıstanda orta illik inflyasiya 11,3 %-ə yüksəlib, o cümlədən ərzaq qiymətləri 14,5 %, qeyri-ərzaq məhsulları 10,2 %, xidmətlər 8,1 % artıb. Rusiyanın buğda və şəkər ixracına qadağa qoyması Qazaxıstanda bu məhsulların qıtlığına və qiymət artımına səbəb olub. Özbəkistanda bu ilin ilk 5 ayında inflyasiya 10,2 %-ə yüksəlib.
"Buğda qiymətlərinin liberallaşdırılması və kommunal xidmətlərin tariflərində gözlənilən artım, Ukraynadakı müharibənin iqtisadi təsiri ilə birlikdə 2022-ci ildə inflyasiyanı sürətləndirəcək", - ADB bildirib .

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Bill Qeyts kimdir?
Dropshipping nədir?
Bitcoin necə işləyir?
Cash Back nədir?
Ən çox gəlir gətirən onlayn bizneslər