"AFB Bank" ili 7.6 milyon manat xalis mənfəətlə başa vurub

®Ölkənin qabaqcıl banklarından olan "AFB Bank" ASC 2023-ci ildə aktivlərini 17% artırmışdır. Xalis mənfəəti isə 7 milyon 653 min manat təşkil etmişdir."AFB Bank"ın  ümumi kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 5.5%, depozit portfeli isə 36%, qiymətli kağızlara investisiyalar isə keçən il 18.8 milyon manatdan 41.6 mln manat məbləğinə yüksələrək 2 dəfədən çox artmışdır. 
2023-cü ildə ipoteka portfelimiz isə ötən il ilə müqayisədə 30%, fiziki şəxslərin müddətli əmanətləri keçən il 3.5 milyon manatdan 16.8 milyon manatadək yüksələrək 5 dəfəyə yaxın artmışdır.
Cari ildə xalis faiz gəlirləri üzrə 19.5 milyon, xalis haqq və komissiya gəlirləri üzrə isə  5.5 milyon gəlir əldə edilib.
Bank kapitalının gəlirliliyi əmsalı (ROE) 10%, Aktivlərin gəlirliliyi əmsalı (ROA) isə 2.3% təşkil etmişdir. 
Geridə qoyduğumuz ildə AFB Bank tərəfindən Dövlət büdcəsinə toplam 6 milyon 130 min manat həcmində vəsait daxil olmuşdur. 
Bankın məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı Mərkəzi Bankın normalarından dəfələrlə artıqdır. Belə ki, məcmu kapitalın adekvatlıq əmsalı MB normasına əsasən 10% həddində müəyyən edilmişdir ki, bankın bu göstəricisi 38% təşkil edir.  I dərəcəli kapitalın norması isə 5% olsa da, AFB bankda 33% olmuşdur.
Qeyd edək ki, bankın məcmu kapitalı 78 863 min manat təşkil edir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq, "AFB Bank" hər rüb məcmu kapital da daxil olmaqla, maliyyə hesabatını rəsmi saytında açıqlayır.
Hazırda "AFB Bank" 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir.
/ banker.az

Banklar     Tarix: 16 yanvar 2024

Oxşar xəbərlər

Azərbaycanın strateji valyuta ehtiyatları 38 aylıq idxalı maliyyələşdirməyə kifayət edir

Azərbaycanın strateji valyuta ehtiyatları cari ilin 4 ayının sonuna 2.9 mlrd. və ya 3.4% artıraq 87.9 mlrd. ABŞ dollar səviyyəsinə yüksəlib. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransınd

"İdeal Kredit" BOKT-da rekord artım: Aktivlər, kreditlər və kapital yüksəlib

BOKT "İdeal Kredit" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkətin nəticələri həm maliyyə dayanıqlığının, həm də davamlı inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir. Təşkilatı

ABB-nin Özbəkistan bankının nəzarət səhm paketini alması üzrə əqdin dəyərinin 100 milyon dollardan çox olacağı proqnozlaşdırılır

ABB səhmdarlarının qərarı ilə Özbəkistanın "Davr Bank"ından nəzarət səhm paketinin alınması barədə razılıq əldə olunub. Müqaviləyə əsasən, ABB bankın 51%-ni əldə etməyi planlaşdırır. Bunu bu gün keçirilən mətbua

"Unibank"dan biznes sahiblərinə xüsusi təklif: "Biznesinizə 6 qat dəstək"

Unibank biznes sahibləri üçün yeni kampaniya keçirir. "Biznesinizə 6 qat dəstək" adlanan kampaniya çərçivəsində mayın 31-dək "Unibank"da hesab açan müştərilər, bank xərclərinə xeyli qənaət edəcəklər. Güzəştlə

PAŞA Bank "ZirvədəSən" təcrübə proqramı üzrə qeydiyyata başladı

PAŞA Bank karyerasını inkişaf etdirmək, real iş təcrübəsi əldə etmək və nəticəyönümlü bilik qazanmaq istəyən tələbə və məzunlar üçün "ZirvədəSən" təcrübə proqramının qeydiyyatına start verib. Proqram çərçivəsind

Mərkəzi Bank: Lombardlarla bağlı normativ-hüquqi baza razılaşdırılır

Azərbaycanda lombardlarla bağlı normativ-hüquqi baza razılaşdırma mərhələsindədir. Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib. "Bu sektora da tənzimləmə gətiriləcək

"PAŞA Sığorta"da növbədənkənar ümumi yığıncaq keçiriləcək

03 iyun 2026-cı il tarixində "PAŞA Sığorta" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Yığıncaq Sığortaçının Bakı şəhəri, Səbail rayonu, Mikayıl Useynov prospekti 61 ("Sahi

"Bank BTB"nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi iyunda yekunlaşacaq

Gələn ayın sonuna qədər "Bank BTB" ASC-nin aktivlərinin və öhdəliklərinin "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) ötürülməsi yekunlaşdırılacaq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımo

Oyun və əyləncə dünyasına işıq saçan yenilik – Rabitəbank "gamer"lər üçün yeni kart məhsulunu təqdim etdi

"Rabitəbank" ASC rəqəmsal innovasiyalar və yeni nəsil bankçılıq həlləri istiqamətində məhsul portfelini genişləndirərək "Gamer" auditoriyası üçün nəzərdə tutulan yeni kart məhsulunu təqdim edib. "Raha


iqtisadi xeberler valyuta xeberleri 1000 manatla biznes online pul qazanmaq emlak xeberleri