Agentlik: Sahibkarların 99,7 %-i KOB subyektləridir

Agentlik: Sahibkarların 99,7 %-i KOB subyektləridirAzərbaycanda sahibkarlıq subyektlərinin 99,7 %-ni mikro, kiçik və orta biznes (KOB) subyektləri təşkil edir.
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 27 İyun – Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Günü ilə əlaqədar yaydığı açıqlamada bildirilir.
Məlumata görə, dünyada fəaliyyət göstərən hər 10 müəssisədən 9-u KOB-dur.
BMT Baş Assambleyasının 2017-ci ildə qəbul etdiyi qətnamə ilə təsis olunmuş Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Günü KOB-ların iqtisadi inkişafın sürətləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına, innovasiyaların təşviqinə və Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsinin artırılmasına diqqəti yönəltmək məqsədi daşıyır.
Hazırda dünyada fəaliyyət göstərən müəssisələrin təxminən 90 %-ni KOB-lar təşkil edir. Onlar qlobal məşğulluğun 70%-dən çoxunu təmin edir və bir çox ölkələrdə yeni yaradılan iş yerlərinin əsas hissəsini formalaşdırırlar.
Rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat və texnoloji yeniliklərin biznes mühitini sürətlə dəyişdiyi bir dövrdə KOB-lar çevikliyi, yeniliklərə operativ uyğunlaşma qabiliyyəti və innovasiya potensialı ilə iqtisadiyyatın ən dinamik seqmentlərindən biri kimi çıxış edir. Azərbaycanda da KOB-lar iqtisadiyyatın əsas sütunlarından biridir. Onlar əsasən ticarət, nəqliyyat və anbar təsərrüfatı, turizm, ictimai iaşə, sənaye, daşınmaz əmlak, təhsil və digər sahələrdə fəaliyyət göstərərək ölkənin iqtisadi fəallığının artırılmasına, məşğulluğun təmin edilməsinə və qeyri-neft sektorunun inkişafına töhfə verirlər.
Ölkə sahibkarları, xüsusilə KOB subyektləri dövlətin geniş dəstək tədbirləri ilə əhatə olunub. KOBİA yeni KOB-ların yaradılmasını və mövcud bizneslərin inkişafını müxtəlif dəstək mexanizmləri və alətləri vasitəsilə təşviq edir. Belə ki, 2018-2025-ci illərdə
- 5 KOB evi (Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərləri) və 1 xidmət mərkəzi (Xaçmaz rayonunun Xudat şəhəri) sahibkarlara 1,5 milyona yaxın xidmət təqdim edib;
- 56 "KOB dostu" ofisi fəaliyyət göstərir;
- 129 layihəyə 2,2 milyon manatdan çox qrant ayrılıb;
- 247 "Startap" şəhadətnaməsi verilib;
- 82 sərgi və yarmarkada 2 000-ə qədər KOB-un iştirakı dəstəklənib;
- 140-a qədər KOB-un ticarət şəbəkələrinə çıxışına dəstək göstərilib;
- 70 daxili bazar araşdırması aparılıb;
- 5200-dən çox ödənişsiz təlim keçirilib;
- 93 000 saatdan çox ödənişsiz məsləhət xidməti göstərilib;
- 2 800-ə yaxın biznes plan hazırlanıb;
• 3 kommersiya hüquqi şəxsə KOB klaster şirkətinin şəhadətnaməsi verilib;
- 700-dən çox sahəvi görüş, maarifləndirmə tədbiri və ictimai müzakirələr təşkil olunub.
"Bu dəstək mexanizmləri nəticəsində minlərlə sahibkarın biznes qurmasına və fəaliyyətini genişləndirməsinə, yeni məhsul və xidmətlərin yaranmasına və bazara çıxarılmasına, məşğulluğun artmasına töhfə verilib. KOB-ların inkişafı iqtisadiyyatının şaxələndirilməsi, rəqabət qabiliyyətinin artırılması, dayanıqlı iqtisadi artımın təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Bu baxımdan KOB-ların dəstəklənməsi iqtisadi siyasətin prioritetlərindən biri olaraq qalır", - deyə agentlik bəyan edib.

Biznes     Tarix: 27 iyun 2026

Oxşar xəbərlər

Azərbaycanda iri şirkətlərin etdiyi - 3 ÖLÜMCÜL SƏHV

Şirkətlərin ən həssas aktivi – Reputasiya. İri korporasiyaların və holdinqlərin balansı təhlil edilərkən adətən daşınmaz əmlak, istehsalatı, maliyyə rehtiyatları və rəqəmsal aktivlər ön plana çəkilir. Lakin müasir bizne

Sədr müavinindən sahibkarlara çağırış - TENDERLƏRDƏ FƏAL İŞTİRAK EDİN

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini Mirzə Mirzəyev sahibkarlara müraciət edib. . biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə "Dövlə

Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilib. xəbər verir ki, Azərbaycan  Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarə

"McDonald"s Azərbaycan" "Nizami Mall"da yeni restoran açıb - FOTOLAR

"McDonald"s Azərbaycan" "Nizami" metro stansiyasının yaxınlığında, Salatın Əsgərova küçəsində yerləşən "Nizami Mall" ticarət mərkəzində yeni restoran açıb. xəbər verir ki, restoran "Nizam

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR

Azərbaycan  Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlə

Şirkətin nizamnamə kapitalı ikinci dəfə - KƏSKİN AZALDILIR

"Sinay Group" MMC (VÖEN: 1405509591) nizamnamə kapitalını yenidən azaldır. Azərbaycanda xarici kapitallı şirkət – LƏĞV EDİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 30

Ukrayna Rusiyanın zəif yerini tapıb – İNDİ DƏ "OZON"U VURDU 

Avqustun 22-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Samara vilayətinin Çapayevsk şəhərində yerləşən "Ozon" marketpleysinin logistika mərkəzinə ilk dəfə PUA zərbəsi endirib. xəbər verir ki, bu barədə Ukraynanı

Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb

ABŞ Prezidenti Donald Trampın sərvəti 2024-cü il prezident seçkilərindən sonra 2,7 milyard dollar artaraq 7 milyard dollara çatıb. xəbər verir ki, bu barədə "Forbes" jurnalının yenilənmiş hesablamalarında bildirilir

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR

Sentyabrın 22-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgünü ziyarət edib. biznes və maliyyə xəbərləri portal


iqtisadi xeberler investisiya bitkoin qiymeti dollar məzənnəsi bitkoin almaq