Agentlik xaricdə təhsil almaq istəyənlərə çağırış edib

Agentlik xaricdə təhsil almaq istəyənlərə çağırış edibSon dövrlər sosial media hesablarında ölkədən kənara çıxmadan əyani formada xaricdə magistratura səviyyəsi üzrə təhsil alına biləcəyi və sonda diplomların Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən rəsmi qaydada tanınacağı vədi verilir.
Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin yaydığı məlumatda deyilib.
Bildirilib ki, TKTA xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə və ya universitetlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır:
"Xaricdə əldə olunmuş kvalifikasiyaların tanınması ilə bağlı icraat Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları" əsasında həyata keçirilir və Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5-ci yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur".
"Xaricdə ali təhsil almaq istəyən vətəndaşları və onların ailə üzvlərini qeyd olunanları nəzərə almağa çağırırıq", - deyə məlumatda qeyd edilib. / marja.az

Maraqlı     Tarix: 24 oktyabr 2024

Oxşar xəbərlər

Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq

"AzerGold" QSC-nin dəstəyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Aspire EdTech" şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Dağ-mədən işləri üzrə mütəxəssis"

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

"İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir"

"İran İslam Respublikasının elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəccüb və təəssüf doğurur". Marja xəbər verirrki, bu, Azərbayca

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib

Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb

Koral Hart təxəllüsü ilə tanınan cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə kitablar yaratmağa başlayıb və son 20 ay ərzində 371 kitab nəşr etdirib. Bu barədə EWN məlumat yayıb. Hart 2026-cı ildə yeni üsulla yazılmı

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla

Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi

Apple sentyabrın 9-da Kaliforniyanın Kupertino şəhərində yerləşən Apple Park-da "Surprise and shine" adlı illik məhsul təqdimatını keçirib. Tədbir həm şirkətin tarixində ilk qatlanan iPhone-un nümayişi, həm də sentyabrı

2026-cı ildə dünyanın 10 ən böyük bankı

Banklar və iri maliyyə şirkətləri istənilən iqtisadiyyatın əsasını təşkil edir. Onların ölçüsünü qiymətləndirmək üçün müxtəlif yanaşmalar mövcuddur. Bəzi araşdırmalarda bankların bazar kapitallaşmasına, digərlərində isə aktivlərini

Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb

"Macarıstanda 800 azərbaycanlı tələbə təhsil alır". Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən "Avropada Təhsil" sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, iki ölk


iqtisadi xeberler depozit faizleri dollar mezenne bitkoin kripto