Aksizli məhsulların Azərbaycandan Rusiyaya ixracı asanlaşdı
Məlum olduğu kimi, əvvəllər Azərbaycan-Rusiya sərhədində aksizli malların rəsmiləşdirilməsi üçün xüsusi gömrük postunun olmaması Azərbaycan məhsulları üçün ənənəvi bazarlardan hesab edilən Rusiya Federasiyasına şərab və spirtli içkilərin ixracının genişləndirilməsində çətinliklər yaradır, ixrac olunan məhsulların bahalaşmasına, vaxt itkisinə, rəqabət qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarırdı.
Marja.az Azərbaycan İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunları nəzərə alaraq, aksiz postunun müəyyən edilməsi ilə bağlı Azərbaycan və Rusiyanın aidiyyəti qurumları arasında keçirilən görüşlərdə bu məsələ vaxtaşırı olaraq qaldırılıb, müxtəlif platformalar vasitəsilə prosesin sürətləndirilməsi istiqamətində işlər aparılıb.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Görülmüş işlərin nəticəsi olaraq, Rusiya hökumətinin müvafiq qərarı ilə oktyabrın 7-dən "Yaraq-Qazmalar" beynəlxalq avtomobil gömrük sərhəd buraxılış məntəqəsində aksizli malların rəsmiləşdirilməsi üçün məntəqə müəyyən edilib. Bu, sahibkarlara aksizli malların, xüsusilə şərab və spirtli içkilərin ixracının genişləndirilməsinə əlavə imkanlar yaradacaq", - Azərbaycan İqtisadiyyat Nazirliyindən bildirilib.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Dünyanın əh bahalı brendləri - TOP-10
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Whatsapp biznesin üstünlükləri nələrdir?
SMM nədir?
"Freelance" nədir?