Alınan mallara görə ödənilmiş ƏDV-nin qaytarılan hissəsinə yenidən baxılacaq
Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində alınan mallara görə ödənilmiş ƏDV-nin qaytarılan hissəsinə yenidən baxılacaq.
Marja.az xəbər verir ki, bu, 2023-cü ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamada bildirilir.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Xəbər verdiyimiz kimi, Dövlət Vergi Xidməti Vergi Məcəlləsində dəyişiklikləri nəzərdə tutan paketin müvafiq dövlət və özəl qurumları ilə müzakirə edilib.
Təklif edilən dəyişikliyə görə, "ƏDV geri al" üzrə qaytarılan məbləğ ödəniş nağdsız qaydada olduqda hazırkı 15%-dən 20%-ə qaldırılır, ödəniş nağd qaydada olduqda hazırkı 10%-dən 5%-ə endirilir.
Nağdsız və nağd qaydada ödənişlər üzrə faiz dərəcələri aşağıdakı kimi təklif olunur:
-nağdsız qaydada ödənilmiş ƏDV-nin 20 faizi (hal-hazırda 15 faizi);
-nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizi (hal-hazırda 10 faizi).***

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Onlayn biznes növləri
Marketinq nə demədir?
Dünyanın ən varlı 10 adamı
"iPhone 15" modelinin üstünlükləri
Dizaynerlər üçün TOP-5 Freelance sayt