Almaniya qışda Rusiya qazından imtina edə bilər
Almaniya 210 TVt/saat elektrik enerjisinə qənaət edə biləcəyi təqdirdə qışda Rusiyadan qaz idxalından imtina edə bilər.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın "Notr-Dam" universitetindən olan alman iqtisadçısı Ryudiqer Baxmanın, həmçinin Bonn Univesitenin və Münxenin "IFO" Universitetinin mütəxəssislərinin apardığı tədqiqatda deyilir.
Ekspertlər belə bir nəticəyə gəliblər ki, Almaniya məqsədinə çatmaq üçün qazla işləyən elektrik stansiyaları vasitəsilə daha az elektrik enerjisi istehsal etməli, məişət və sənaye səviyyəsində istehlakı azaldmalıdır.
Almaniya "Şimal axını" boru kəməri vasitəsilə Rusiyadan qaz almaqla bağlı çətinliklər yaşayır. İyun ayının ortalarından bu maqistral öz maksimal gücünün yalnız 40 %-i həddində (sutkalıq 67 milyon kubmetr) işləyir. Buna səbəb kimi Kanadanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarından dolayı qaz turbinlərinin təmirdən gec qaytarılması göstərilir. İyulun sonunda magistral vasitəsilə qaz nəqli 20 %-ə kimi azalıb.//Report
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə