AMB: Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinə dair bütün tələblər qarşılanıb

AMB: Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinə dair bütün tələblər qarşılanıbAzərbaycan Mərkəzi Bankı (AMB) Dünya Bankının ölkədə biznes muhitinin qiymətləndirməsi ilə bağlı Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinə dair bütün tələbləri qarşılayıb.
Bunu AMB-nin İnformasiya texnologiyaları departamentinin bölmə rəhbəri Vüqar Məmmədzadə bildirib.
"Reyestr Dünya Bankının qiymətləndirmələrində xüsusi əhəmiyyət kəsb edir. Əvvəllər təşkilat tərəfindən illik əsaslarla tərtib edilən "Doing Business" hesabatları, investorların maliyyə vəsaitlərini yerləşdirdikləri zaman analiz etdikləri ən vacib hesabatlardan biri idi. Bu ildən isə Dünya Bankı "Əlverişli Biznes Mühiti" adlı qiymətləndirmə aparacaq. Bu sahədə meyarlar demək olar ki, müəyyən edilib. Reyestr üzrə bütün tələblər qarşılanıb. Ümid edirəm ki, əvvəlki illərdə olduğu kimi, bu il də yüksək nəticələr əldə edəcəyik", – deyə o qeyd edib.
"Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri Kiçik və Orta Sahibkarlıq (KOS) subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını yaxşılaşdırmaq, onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılıb. Reyestr maliyyə qurumlarını KOS-ların daşınar aktivləri barədə mərkəzləşdirilmiş və şəffaf məlumatlarla təmin edir. Bununla da, kredit təşkilatları təminat predmeti kimi təqdim edilmiş əmlakın başqa yerdə yüklü olub-olmadığı haqqında məlumat əldə edir, habelə təkrar satış bazarı olan daha yaxşı təminat predmetlərini seçmək imkanı qazanırlar", – deyə V.Məmmədzadə əlavə edib.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda daşınar əmlak əsaslı yüklülük müqavilələrinin sayı 2 dəfə artaraq 200 mini keçib. Ən çox istifadə edilən kateqoriyalar bank hesabları, zinət əşyaları, dövriyyədə olan mallar, mebellər, heyvanlar və avadanlıqlar olub. / banker.az

Banklar     Tarix: 21 fevral 2024

Oxşar xəbərlər

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır


iqtisadi xeberler dollar manat kursu telefonla pul qazanmaq en son xeberler emlak xeberleri