AMB daşınmaz əmlakın icbari sığortasının təkmilləşdirilməsi üzrə təkliflər hazırlayıb

AMB daşınmaz əmlakın icbari sığortasının təkmilləşdirilməsi üzrə təkliflər hazırlayıbAzərbaycanda daşınmaz əmlakın icbari sığortası mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb və müvafiq dövlət qurumları ilə müzakirə edilir.
Bu barədə  Azərbaycan Mərkəzi Bankında (AMB) bildirilib.
Məlumata görə, sığorta penetrasiyasının yüksək olduğu və effektiv tənzimləmənin həyata keçirildiyi xarici ölkələrin təcrübəsi nəzərə alınaraq hazırlanmış təkliflər Azərbaycanda təbii fəlakətlərlə bağlı risklərin sığorta təminatının genişləndirilməsini və zərərçəkmiş vətəndaşlara sığorta ödənişlərinin daha effektiv və çevik mexanizmlərlə həyata keçirilməsini əhatə edir.
"Son illər dünyada baş verən təbii fəlakətlərin nəticələri sığortaçıların maliyyə dayanıqlılığına təhlükə yaradır, onların maliyyə öhdəliklərini tam yerinə yetirməsi ilə bağlı tənzimləyici çərçivənin yenidən nəzərdən keçirilməsini zəruri edir. Bu çərçivəyə əsasən, sığortaçıların həm həyat, həm də qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması üçün yeni qaydalar müəyyən edilib. Yeni qaydalara əsasən, sığortaçılardan katastrofik risklər üzrə əlavə xüsusi sığorta ehtiyatı yaratmaq tələb olunur", - deyə məlumatda qeyd olunub.
AMB iqlim dəyişikliyinin yaratdığı təbii fəlakətlərə qarşı yeni sığorta məhsullarının inkişafını prioritet hesab edir: "Son illərdə dünyada təbii fəlakətlərin həm əhali, həm də biznes subyektləri üçün böyük maliyyə itkilərinə səbəb olduğu müşahidə edilir. İqlim dəyişikliyinə səbəb olan istixana qazlarının emissiyasının azaldılması istiqamətində beynəlxalq öhdəliklərə uyğun olaraq, AMB maliyyə institutlarının təklif etdiyi yeni məhsulların dizaynında bu amilləri nəzərə almağı prioritetləşdirib".
Azərbaycanda həm də "Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi: 2023-2026" çərçivəsində ekoloji məsuliyyət sığortasının tətbiqi də nəzərdən keçirilir: "Bu sığorta növü ekoloji zərərlərin aradan qaldırılmasına və ekosistemin tarazlığının təmin edilməsinə xidmət edəcək. Bundan əlavə, aqrar sığorta sisteminin tətbiqi kənd təsərrüfatı məhsullarının neqativ iqlim amillərinin təsiri nəticəsində məhv olması halında fermerlərin sığorta təminatı ilə zərərlərinin kompensasiya edilməsini təmin edir. Son 4 ildə ölkədə aqrar sığorta sahəsində formalaşmış təcrübə bu sistemin təkmilləşdirilməsində və iqlim risklərinin qarşısının alınmasında daha böyük rol oynayacağı gözlənilir. 
© "Report"

Banklar     Tarix: 21 oktyabr 2024

Oxşar xəbərlər

"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb

"Kapital Bank" ASC 2026-cı ilin ilk yarısı üzrə işçi heyətinin rüblük dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin yanvarın 1-nə olan məlumata görə bankda

Azərbaycanda bank və ödəniş sektorları bir-birinə rəqib olacaq

Aərbaycanda banklar və ödəniş bazarı iştirakçıları (elektron pul və ödəniş təşkilatları – fintexlər) arasında əməkdaşlığın dayandırılması, iki sektor arasında sağlam və ədalətli rəqabət mühitinin formalaşdırılması müzakir

AMB valyuta bazarındakı vəziyyəti açıqladı – Manat möhkəmlənir

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları tarixi maksimuma çatdığı bir vaxtda valyuta bazarında təklifin tələbi üstələməsi, manatın möhkəmlənməsi istiqamətində təzyiqlər və Mərkəzi Bankın alış yönlü əməliyyatlar

Borcları yığan şirkətdə gələn həftə yeni səhmdarlar bəlli olacaq

"KollektA" ASC səhmlərini Bakı Fond Birjasında (BFB) yerləşdirəcək. BFB-nin Listinq Komitəsinin 10 sentyabr 2026-cı il tarixli qərarı ilə şirkətin səhmlərinin ticarətə buraxılmasına icazə verilib. xəbər verir ki

Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Xalq Bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb

"AccessBank" PaloAlto Firewall 2026 tenderi elan edir

"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, PaloAlto Firewall 2026 tenderi elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məluma

BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) biznes kreditləri verməsi daha çox təşviq ediləcək. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor

Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib

Azərbaycan Mərkəzi Bankında (AMB) "Bazar davranışlarının tənzimlənməsi departamenti"nin adı dəyişdirilərək "Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti" olub. xəbər verir ki, yeni Əsasnam

Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb

2026-cı ilin ilk yarısında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 356,7 milyon dollar pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki 213,1 milyon dollarla müqayisədə 67,4% artım deməkdir. Azərbaycan Mərkəzi Bankın


iqtisadi xeberler avtomobil xeberleri investisiya bitkoin biznes qurmaq