Mərkəzi Bank maliyyə sektorunda kibertəhlükəsizliyi gücləndirir
Azərbaycan Mərkəzi Bankı (AMB) və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) maliyyə sektorunda informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair əməkdaşlığı gücləndirir.
Bu barədə AMB-dən bildirilib. Qeyd edilib ki, əməkdaşlıq çərçivəsində tərəflər sektor üzrə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətində koordinasiyalı fəaliyyətin təmin olunması, müvafiq tədbirlərin təşkili, həmçinin insidentlər, kiberhücumlar və digər təhdidlər barədə qarşılıqlı məlumatlandırmanın həyata keçirilməsi istiqamətində birgə çalışacaqlar.
AMB-nin sədr müavini Vüsal Xəlilov əməkdaşlığın maliyyə sisteminin kibertəhlükəsizliyinin və dayanıqlılığının artırılmasına töhfə verəcəyini bildirib. O həmçinin bu təşəbbüsün milli kibermühitin təhlükəsizliyinin gücləndirilməsi yolunda daha sıx əməkdaşlığa doğru mühüm addım olduğunu vurğulayıb.
ETX-nin rəisi Fərid Zeynalov bildirib ki, tərəfdaşlıq nəinki maliyyə sektorunda, ümumilikdə ölkənin kibertəhlükəsizlik infrastrukturunun möhkəmləndirilməsində mühüm rol oynayacaq. O bildirib ki, tərəflər arasında koordinasiyanın artırılması kibertəhlükəsizlik tədbirlərinin daha sistemli şəkildə icrasına imkan verəcək.
Əməkdaşlıq çərçivəsində həmçinin maliyyə sektoru iştirakçıları və geniş ictimaiyyət arasında kibertəhlükəsizlik biliklərinin artırılması məqsədilə maarifləndirici təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur. / banker.az

Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Biznes plan necə yazılır?
Fond birjası nədir?
Dünyanın ən bahalı restoranları
IBAN nədir?
İnstaqramda biznes qurmağın yolları