Rabitəbank ipoteka kreditləri üçün razılıq sistemini istifadəyə verib
®Rabitəbank müştərilərin ipoteka kreditlərindən istifadə imkanlarını daha da genişləndirib. Artıq MİDA (Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi) tərəfindən tikilən mənzillərin ipoteka krediti ilə alınması üçün ilkin razılığın əldə olunması məqsədilə bank filialına gəlməyə ehtiyac yoxdur.
Müştərilər ilkin razılığı Rabitəbankın rəsmi saytından onlayn şəkildə əldə edə bilərlər. Bu yenilik sayəsində ipoteka kreditinin rəsmiləşdirilməsi prosesi daha da sürətlənir, müştəri vaxtına qənaət edir və bütün proses daha rahat şəkildə həyata keçirilir.
Bank bu platformanı yaratmaqla ipoteka ilə bağlı bütün xidmətləri vahid platforma üzərindən təqdim etməyi qarşısına məqsəd qoyub.
Sistem vasitəsilə müştərilər:
şəxsi məlumatlarını daxil edərək özlərinə uyğun kredit məbləğini öyrənə;
ipoteka krediti təqdim edən Rabitəbank filiallarını müəyyənləşdirə;
sənədləri onlayn şəkildə yükləyərək ipoteka müraciəti prosesini tam rəqəmsal formada apara bilərlər.
Qeyd edək ki, bu addım Rabitəbankın "Rahat bankçılıq" strategiyasının daha bir təzahürü, müştərilərin vaxtına, rahatlığına və rəqəmsal üstünlüklərə dəyər verən yanaşmasının nəticəsidir.
Müraciət üçün linkə keçid edə bilərsiniz.
MİDA xətti ilə güzəştli mənzil əldə edənlərin kredit müraciətləri Rabitəbankın Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bərdədə yerləşən filiallarında qəbul olunur.
Hal-hazırda "Rabitəbank" ASC 18 region və Bakı şəhəri üzrə ümumilikdə 29 xidmət məntəqəsi, 75 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "Rabita Business" tətbiqi, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir. / banker.az

Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Biznes plan necə yazılır?
Fond birjası nədir?
Dünyanın ən bahalı restoranları
IBAN nədir?
İnstaqramda biznes qurmağın yolları