AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?

AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?Azərbaycan bank sektorunda izafi likvidliyin artması Mərkəzi Bankın faiz dəhlizi ilə bağlı son qərarında əsas amillərdən biri olub.
Banker.az xəbər verrir ki, AMB uçot dərəcəsini 6,5%, faiz dəhlizinin yuxarı həddini isə 7,5% səviyyəsində saxladığı halda, aşağı həddi 5,5%-dən 5%-ə endirib. Bank bu addımı banklararası pul bazarında əməliyyatların genişlənməsi və bankların öz aralarında likvidlik mübadiləsini təşviq etmək məqsədi ilə izah edib.
AMB-nin məlumatına görə, bank sektorunda struktur likvidlik profisiti sürətlə artıb. Məcburi ehtiyat kimi saxlanılan vəsaitlər nəzərə alınmadan sektorun struktur likvidlik profisiti 2026-cı ilin avqust ayının sonuna 6,3 milyard manata çatıb. Bu göstərici 2025-ci ilin dekabrı ilə müqayisədə 2,2 dəfə artıb.
Likvidlik artımı banklararası faizlərdə də özünü göstərib. Təminatsız pul bazarında əsas göstəricilərdən biri olan AZIR dərəcəsi iyulda orta hesabla 6,39%, avqustda 6,28%, sentyabrın əvvəlindən isə 6,02% təşkil edib. Beləliklə, qısamüddətli bazar faizləri uçot dərəcəsindən aşağı səviyyədə formalaşıb.
Mərkəzi Bank bildirir ki, izafi likvidlik şəraitində əsas məqsəd bankların mərkəzi bank alətlərindən asılılığını azaltmaq və banklararası bazarın rolunu artırmaqdır. Buna görə də faiz dəhlizinin aşağı həddinin azaldılması bankların bir-biri ilə daha aktiv əməliyyat aparmasına şərait yaratmaq üçün tətbiq edilib.
Likvidliyin idarə edilməsində AMB əsasən 7 günlük depozit əməliyyatlarından istifadə edir. Avqustun sonuna bu əməliyyatların açıq bazar əməliyyatları üzrə sterilizasiya portfelində payı 70,8% təşkil edib. Eyni zamanda Mərkəzi Bankın not portfelinin həcmi ilin əvvəlindən 4 dəfədən çox artıb.
Bank sektorunda likvidliyin artmasının əsas səbəbləri arasında valyuta bazarında yüksək təklif və Mərkəzi Bankın valyuta alışları da göstərilir. 2026-cı ilin 8 ayında AMB-nin valyuta ehtiyatları 32,9% artaraq 15,3 milyard dollara yüksəlib. Xarici ticarətdə isə yanvar-avqust aylarında 10,4 milyard dollarlıq müsbət saldo formalaşıb.
Adətən Mərkəzi Bank izafi likvidlik şəraitində bank sistemindəki artıq vəsaitlərin idarə olunması üçün açıq bazar əməliyyatlarından, o cümlədən depozit hərracları və not alətlərindən istifadə edir. Lakin son qərarda AMB faiz dəhlizinin aşağı həddini azaltmaqla yanaşı, banklararası pul bazarında əməliyyatların genişlənməsini və bankların likvidliyi daha çox öz aralarında bölüşdürməsini təşviq etməyə çalışır.

Banklar     Tarix: 23 sentyabr 2026

Oxşar xəbərlər

"PAŞA Bank"ın səhmdar strukturu dəyişib

"PAŞA Bank" ASC-nin səhmdar strukturunda 2026-cı ilin ilk yarısında mühüm dəyişiklik baş verib. "PAŞA Holding" MMC-nin Bankdakı birbaşa payı artıq görünmür, onun yerini yeni yaradılmış "PASHA Financia

"PAŞA Bank"ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb

"PAŞA Bank"ın səhmdarlarının sayı bankın keçirdiyi ilkin kütləvi təklifdən (IPO) sonra 18 minə yaxınlaşıb. xəbər verir ki, bu barədə bankın 2026-cı ilin ilk yarısının maliyyə və biznes nəticələrinin təqdimatı zaman

"Ziraat Bank Azərbaycan" enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb

Bank Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə cari ilin aprel ayında imzalanmış strateji əməkdaşlıq müqaviləsi çərçivəsində Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə başlayıb

AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?

Azərbaycan bank sektorunda izafi likvidliyin artması Mərkəzi Bankın faiz dəhlizi ilə bağlı son qərarında əsas amillərdən biri olub. xəbər verrir ki, AMB uçot dərəcəsini 6,5%, faiz dəhlizinin yuxarı həddini isə 7,5% səviyyəsind

"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək

"Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 19 oktyabr 2026-cı il saat 12:00-da Bankın Bakı şəhəri, Xaqani küçəsi 21 ünvanında yerləşən Baş Ofisində keçiriləcək

BOKT-un maliyyə nəticələrində güclü artım

BOKT "EMBAFİNANS" QSC 2026-cı ilin ilk 6 ayını (yanvar - iyun) 6 milyon 684,6 min manat xalis mənfəətlə başa vurub. şirkətin baza emissiya prospektinə əlavə edilmiş 2026-cı ilin yanvar-iyun ayları üzrə maliyyə hesabatların

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi

Mərkəzi Bankın bina və avadanlıqlarının sığortası 905 min manata başa gələcək

Azərbaycan Mərkəzi Bankı bina və avadanlıqlarının sığortalanması xidmətini "PAŞA Sığorta" ASC-dən satın alır. xəbər verir ki, Mərkəzi Bank bu məqsədlə "PAŞA Sığorta" ilə 905 min 265 manat dəyərində müqavil

"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB

Expressbankın gənclərin peşəkar inkişafına və bank sektorunda praktiki təcrübə qazanmasına dəstək məqsədilə həyata keçirdiyi "Express Experience" Yay Təcrübə Proqramı başa çatıb. Proqrama müraciət edən 2 00 namizə


iqtisadi xeberler bitkoin qiymeti avtomobil xeberleri 1000 manatla biznes bank faizleri