AMB: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir

AMB: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilirBank sektorunun kredit risklərinin səviyyəsində azalma müşahidə edilir.
Bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının 2023-cü ilin yekunları üzrə Maliyyə Sabitliyi Hesabatında bildirilib.

Qeyd edilib ki, 2023-cü il ərzində qeyri-işlək portfelin həcmi 16.5% (121 mln. manat) azalaraq 0.6 mlrd. təşkil edib. Qeyri-işlək portfelin (QİK) cəmi portfeldə payı isə 1.1 faiz bəndi azalaraq 2.6% olub. QİK portfelində azalmanın əsas səbəbi ödəmə qabiliyyətini itirmiş iki bankın sistemdən kənarlaşdırılması və problemli kreditlərin balansdan silinməsi ilə əlaqədar olub. Hesabat ili ərzində bank sektoru üzrə 125 mln. manat məbləğində silinmə baş verib.
QİK portfelinin gecikmə günləri üzrə strukturunda 1 ildən çox gecikmiş kreditlərin portfeldə payı azalmaqda davam edir. Belə ki, 2017-ci ildən etibarən bank sektorunun sağlamlaşdırılması fonunda 1 ildən artıq gecikmiş qeyri-işlək kreditlərin portfeldə payı 11.5 f.b. azalaraq 12.7%-dən 1.4%-ə enib.
Vurğulanıb ki, biznes portfeli üzrə qeyri-işlək kreditlər azalmaqda davam edir. Ötən il ərzində biznes portfeli üzrə QİK-nin həcmi 25% azalaraq 378 mln. manat təşkil edib. Dövr ərzində biznes kreditləri üzrə QİK əmsalı isə 1.7 f.b. azalaraq 3% olub. Biznes kreditləri üzrə QİK-nin azalmasının əsas səbəbi ödəmə qabiliyyətini itirmiş 2 bankın sistemdən kənarlaşdırılması və silinmələr ilə bağlıdır.
2023-cü il ərzində istehlak kreditləri üzrə qeyri-işlək portfelin həcmi nominal ifadədə 6% (12 mln. manat) artaraq 197 mln. manat olub. Buna baxmayaraq, istehlak kreditlərinin artım tempi QİK üzrə artım tempini üstələdiyindən QİK əmsalı 0.4 f.b. azalaraq 2.8%-ə enib. Qeyd edək ki, istehlak və ipoteka portfelinin 47%-i sabit gəlirləri olan dövlət sektorunda çalışan şəxslərə verilib.
AMB həmçinin əlavə edib ki, ipoteka portfeli üzrə qeyri-işlək kreditlərin həcmində azalma trendi davam edir. 2023-cü il ərzində ipoteka portfeli üzrə QİK-nin həcmi 8.3% (3.6 mln. manat) azalaraq 39 mln. manat təşkil edib. Nəticədə, qeyri-işlək kreditlərin portfeldə payı 0.3 f.b azalaraq 1.1% olub. İpoteka portfelinin 56%-ni (2 mlrd. manat) təşkil edən AİKZF-in vəsaitləri hesabına verilmiş kreditlər üzrə isə QİK əmsalı cəmi 0.3% təşkil edib.
Həmçinin, restrukturizasiya portfeli üzrə yeni prudensial çərçivənin tətbiqi restrukturizasiya portfeli üzrə risklərə azaldıcı təsir göstərib. Ötən ildən etibarən kreditlərin təkrar restrukturizasiyasına daha sərt ehtiyatlanma tələbləri müəyyən edilib (hər növbəti restrukturizasiya aktivin daha riskli təsnifat kateqoriyasına aid edilməsi və daha yüksək ehtiyatların yaradılması tələbi). Yeni prudensial çərçivənin tətbiqi nəticəsində 2023-cü il ərzində restrukturizasiya olunmuş portfelin həcmi 27% (0.3 mlrd. manat) azalaraq 0.83 mlrd. manata enib. Azalma əsasən biznes portfeli üzrə restrukturizasiya edilmiş kreditlərdə müşahidə edilmişdir (244 mln. manat). Bundan əlavə, ödəmə qabiliyyətini itirmiş 2 bankın sistemdən kənarlaşdırılması da portfelə azaldıcı təsir göstərib. / banker.az

Banklar     Tarix: 18 may 2024

Oxşar xəbərlər

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler bitkoin qiymeti dollar kursu depozit faizleri bitkoin almaq