Yelo Bank-ın Summer Challenge 2026 təcrübə proqramına qeydiyyat başladı
®Yelo Bank karyera pillələrini inamla addımlamaq istəyən dinamik gənclər üçün qapılarını açır. Bankın hər il böyük maraqla qarşılanan "Summer Challenge 2026" təcrübə proqramına qeydiyyat başladı. Bu proqram tələbə və yeni məzunlara müasir bankçılıq mühitindəreal iş təcrübəsi qazanmaq, peşəkar mentorlardan öyrənmək və ən əsası – gələcək karyerasını Yelo komandasının bir üzvü kimi davam etdirmək şansı verir.
3 ay davam edəcək təcrübə proqramı çərçivəsində gənclər nəzəri biliklərini praktiki tapşırıqlarla möhkəmləndirəcək, korporativ mədəniyyəti daxildən öyrənəcək və komanda işinin effektivliyini hiss edəcəklər.
İştirakçılar sahib olduqları keyfiyyət və bacarıqlara uyğun olaraq İnsan Resursları, Satış, Maliyyə və Mühasibatlıq, Proqramlaşdırma, İnformasiya Texnologiyaları, Brendin İdarəedilməsi və Bankın xidmət şəbəkəsində təcrübə keçəcəklər.
Namizədlərdən aşağıdakı keyfiyyətlər gözlənilir:
Təşəbbüskarlıq və daim öyrənməyə həvəs;
Pozitiv enerji və kreativ düşüncə;
Nəticəyönümlü yanaşma və komanda ruhu.
Proqrama qoşulmaq istəyənlər 25 may 2026-cı il tarixinədək 3 qısa sualı cavablandıran 60-90 saniyəlik motivasiya videosu çəkərək qeydiyyat formunu doldurmalıdırlar.
Seçim zamanı özünü səmimi ifadə edən və tapşırığa yaradıcı yanaşan namizədlərə üstünlük veriləcək. Yayını həm əyləncəli, həm dəkaryeran üçün səmərəli keçirmək istəyirsənsə, "Summer Challenge" sənə parlaq bir başlanğıc vəd edir. Müraciət üçün tələsin: .
Yelo Bank vakansiya elanları ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
/ banker.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
İban nədir?
ƏDV geri al və onun üstünlükləri
Biznes nədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Biznes qurmaq istəyənlərə 10 məsləhət