"PAŞA Sığorta"da növbədənkənar ümumi yığıncaq keçiriləcək
03 iyun 2026-cı il tarixində "PAŞA Sığorta" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Yığıncaq Sığortaçının Bakı şəhəri, Səbail rayonu, Mikayıl Useynov prospekti 61 ("Sahil Plaza" biznes mərkəzi) ünvanında yerləşən inzibati binasında, saat 12:00-da baş tutacaqdır.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yığıncağın gündəliyinə Cəmiyyətin Direktorlar Şurası üzvlərinin təyinatı və digər təşkilati məsələlər daxil edilmişdir.
Gündəlikdə nəzərdə tutulmuş məsələlərlə bağlı materiallar səhmdarların elektron poçt ünvanlarına göndəriləcəkdir. Yaranan əlavə suallarla əlaqədar olaraq [email protected] elektron poçt ünvanına müraciət etməyiniz xahiş olunur.

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Mcdonalds françayzinqi neçiyədir?
Evdə biznes qurmağın yolları
Shopify-da necə satışa başlamaq olar?
Biznesə aid ən yaxşı 10 kitab
Bill Qeyts kimdir?