"Naxçıvanbank"ın əmanətçiləri və depozit hesabı sahibləri üçün yenilik

Mərkəzi Bank tərəfindən vətəndaşların məmnunluğunun artırılması və xidmətlərdən istifadədə rahatlığın təmin edilməsi məqsədilə "Naxçıvanbank" ASC-nin əmanətçilərinə və digər depozit hesabı sahiblərinə məxsus hesab qalıqlarının geri qaytarılması prosesinin əlçatanlığı artırılır.
Mərkəzi abnkın yaydığı məlumatda bildirilir ki, tətbiq olunan yenilik ölkənin müxtəlif bölgələrində yaşayan vətəndaşlar üçün onlayn qaydada müraciət etmək imkanı yaradacaq. Belə ki, vətəndaşlar Mərkəzi Bankın "Elektron Xidmətlər Portalı"nın "Elektron müraciətlər sistemi" vasitəsilə onlayn müraciət edərək mövcud qalıq vəsaitlərinin müvafiq bank hesablarına köçürülməsini təmin edə biləcək. Bu zaman şəxsiyyəti təsdiq edən sənədin surəti, müraciət şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edildikdə isə nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti və onun səlahiyyətlərini təsdiq edən sənədin surəti (etibarnamə), bank hesabı rekvizitləri və digər zəruri sənədlərin surəti müraciətə əlavə olunmalıdır.
Ərizələrini fiziki qaydada ünvanlamaq istəyən vətəndaşlar isə əvvəllər olduğu kimi Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinə müraciət edə bilərlər. Bu zaman fiziki şəxslər üçün vəsaitlərin məbləğindən asılı olmayaraq nağd qaydada, hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə köçürmə yolu ilə ödənilməsi imkanı təqdim olunur. Elektron müraciət imkanlarından istifadə etməkdə çətinlik çəkən şəxslər Mərkəzi Bankın 2 və 5 saylı "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən vətəndaş qəbulu bölmələrinə müraciət etməklə vəsaitlərin müvafiq bank hesablarına köçürülməsi üzrə müraciətlərini təqdim edə biləcəklər.
Qeyd edək ki, bu dəyişikliklər Mərkəzi Bank tərəfindən maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması, xidmətlərdən istifadə zamanı əlçatanlığın və məmnunluğun artırılması istiqamətində həyata keçirilən kompleks tədbirlərin davamıdır. / marja.az

Banklar     Tarix: 05 may 2026

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd


iqtisadi xeberler bank faizleri internetden pul qazanmaq dollar məzənnəsi bitcoin qiymeti