ANAMA-nın İdarə Heyəti üzvlərinin sayı artırıldı: Birinci müavin vəzifəsi yaradıldı
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin tərkibi genişləndirilib.
KONKRET.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında" 2021-ci il 15 yanvar tarixli 1251 nömrəli və "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2021-ci il 2 fevral tarixli 1276 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanla Agentliyin İdarə Heyətinin üzvlərinin sayı artırılaraq 4 edilib. Əvvəl isə Agentliyin İdarə Heyətinin tərkibi 3 (üç) üzvdən ibarət idi.
Digər dəyişikliklə isə İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını birinci müavini, birinci müavini müvəqqəti olmadıqda isə İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirəcək.
Bundan əvvəl isə İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirirdi.

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Dünyanın ən varlı 10 adamı
IMEI kod nədir?
SMM nə deməkdir?
Marketinq nə demədir?
Kriptovalyuta nədir?