Ani Ödənişlər Sistemi XalqOnline-da korporativ müştərilər üçün əlçatan oldu
(®) Xalq Bank növbəti rəqəmsal həlli təqdim edərək XalqOnline internet və mobil bankçılıq sistemində hüquqi şəxs və fərdi sahibkarlar üçün Ani Ödənişlər Sistemi (AÖS) üzərindən bank əməliyyatlarını əlçatan etdi.
Artıq Bankın müştəriləri xidmətdən yararlanmaqla hüquqi şəxs və sahibkar hesabları arasında köçürmələri, vergi və digər ödənişləri bank hesabı üzərindən sadələşdirilmiş identifikatorla 24/7 rejimində onlayn icra edə biləcəklər.
AÖS ölkədaxili manat köçürmələrinin ani və sürətli icrası ilə yanaşı, ödənişlərin hesaba anında qəbulunu da təmin edir. Bu da sahibkarlara müxtəlif ödənişləri iş saatlarını gözləmədən həyata keçirməyə imkan verir.
Həmçinin, qeyd edək ki, müştərinin AÖS qeydiyyatı yoxdursa, XalqOnline üzərindən qeydiyyatdan keçə bilər. Bankın fiziki şəxs və korporativ müştəriləri AÖS əməliyyatlarını həm XalqOnline sistemində, həm də Xalq Bankın filial şəbəkəsində həyata keçirə bilərlər.
Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən yaradılmış Ani Ödənişlər Sistemi haqqında ətraflı məlumatı səhifəsindən əldə etmək mümkündür. / marja.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Dünyanın ən bahalı restoranları
ƏDV geri al və onun üstünlükləri
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Onlayn biznes növləri