"Apple", "Microsoft", "Tesla" və "Meta" – 2022-də ən çox itirən hansı olub?

2022-ci il Uoll-Stritin ən böyük texnoloji oyunçuları da daxil olmaqla hamı üçün çətin il olub. Onların qarşılaşdıqları çətinliklər bunlardır: artan faiz dərəcələri, onilliklər ərzində yüksək inflyasiya göstəriciləri və Çinin Covid məhdudiyyətlərinin səbəb olduğu tədarük zəncirinin pozulması. Bütün bunlar "Big Tech" səhmlərinin qiymətini aşağı salıb.
Banker.az bu barədə "İnc.ru"ya istinadən xəbər verir.
Zəif rəqəmsal reklam satışları, tənəzzül qorxusu və fərdi kompüterlər kimi məhsullara istehlak xərclərinin azalması sosial media şirkətlərini, çip istehsalçılarını əhəmiyyətli dərəcədə sarsıdıb.
Bütün bunlar o deməkdir ki, 2022-ci il texnoloji səhmlər üçün pis il olub. "Yahoo! Finance" ilin əvvəli və dekabrın sonunda ən böyük İT şirkətlərinin qiymətli kağızlarının dəyərini müqayisə edib.
Apple (-25.49%)
Şirkət ilin birinci rübündə olduğu kimi, bu gün də maliyyə rübünü ən yüksək gəlirlə başa vurur. Buna baxmayaraq, məzənnə dəyişdiyinə görə şirkət ümumi gəlirinin təxminən 3%-ni itirib.
"Apple"ın texnologiya sahəsində möhkəm lider kimi tanınması və məhsul xidmətlərinə davamlı tələbat ona ili əksər rəqiblərdən daha yaxşı başa vurmağa kömək edib.
Microsoft (-27.34%)
"Microsoft" 2022-ci ilə "Azure" platforması daxil olmaqla, "Intelligent Cloud" biznesində yüksək nəticələrlə başlayıb. Bölmə il boyu böyüməyə davam etsə də, 2021-ci ildə əldə etdiyi yüksəkliklərdən düşməyə başlayıb.
Şirkət həmçinin pandemiya zamanı rəqəmsal reklam və kompüter satışlarının yüksək həddən aşağı düşdüyünü müşahidə edib. "Microsoft"un illik mənfəətinə təsir edən makroiqtisadi amillər arasında Ukraynadakı müharibə, valyuta məzənnələrindəki dəyişikliklər və Çindəki Covid məhdudiyyətləri var.
Tesla (-60.62%)
"Tesla" 2022-ci ilə yaxşı başlasa da, şirkət valyuta məzənnələri və artan əmtəə qiymətləri ilə mübarizə aparır. Məsələni daha da pisləşdirən Çində koronavirus məhdudiyyətlərinin tətbiqi olub ki, nəticədə şirkətin yerli bazarda avtomobil istehsal etmək qabiliyyəti təsirlənib.
İon Maskın "Twitter"i alması mövzusuna toxunmadan "Tesla"nın 2022-ci il nəticələri haqqında danışmaq mümkün deyil. Yeni CEO heyətin 50%-ni işdən çıxarıb və mübahisəli moderasiya qərarları verməyə başlayıb.
Meta (-64.41%)
Ən pis il "Meta"da olub. Korporasiyanın dəyəri ilin əvvəlindən bəri heyrətamiz 64.41% dəyər itirib. Eyni zamanda, "Facebook" gənc istifadəçilər arasında populyarlığını itirir: "TikTok" getdikcə auditoriyanı ələ keçirir. "Pew Research Center" araşdırma mərkəzinin sorğusuna əsasən, sorğuda iştirak edən 1316 yeniyetmənin yalnız 32%-i "Facebook"dan istifadə edir.
2023-cü ildə ciddi şəkildə dəyişməli olan bir şirkət varsa, o da Mark Zukerberqin "Meta" şirkətidir.

Xəbərlər     Tarix: 22 dekabr 2022

Oxşar xəbərlər

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq


iqtisadi xeberler dollar kursu leobank kart bitkoin qiymeti pul qazanmaq