Aqrar Sığorta Fondunun Goranboy və Şəmkir filialları fəaliyyətə başlayıb

Aqrar Sığorta Fondunun Goranboy və Şəmkir filialları fəaliyyətə başlayıbDekabrın 15-də Goranboy və Şəmkir rayonlarında Aqrar Sığorta Fondunun yeni filialları fəaliyyətə başlayıb. 
Fondun yaydığı məlumatda bildirilir ki, yeni filiallarda fermerlər aqrar sığorta barədə geniş məlumat ala, əkin və təsərrüfatları sığortalaya, müxtəlif sənədləşdirmə işlərini həyata keçirə, sığorta hadisələri barədə məlumat verə bilərlər. 
Bununla bağlı Goranboy və Şəmkir rayonlarında keçirilən tədbirlərdə Aqrar Sığorta Fondunun və yerli icra hakimiyyətlərinin rəhbərliyi, fermerlər və ictimaiyyətin nümayəndələri iştirak edib. 
Goranboy rayonunda keçirilən tədbirdə Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, aqrar sığortaya ildən-ilə artan maraq fondun fermerlərə daha yaxın olmasını və geniş aqrar sığorta xidmətləri göstərməsini tələb edir.  Yeni filialların işə düşməsi də aqrar sahənin risklərinin qarşılanmasına böyük dəstək olacaq. Yeni filial Gəncə-Daşkəsən regionuna daxil olan rayonlarda əhaliyə aqrar sığorta xidmətləri göstərəcək. 
Fond sədri vurğulayıb ki, Aqrar Sığorta Fondu fəaliyyətə başladığı qısa müddət ərzində böyük zərər ödənişləri həyata keçirib. Bu ödənişlərin məbləği 2021-ci ildə 1,7 milyon manat, 2022-ci ildə 2,4 milyon manat olub. 2023-cü ildə isə bu məbləğin 6 milyon manata çatacağı gözlənilir. Artıq zərərlə üzləşmiş sığortalı fermerlərə 4 milyon manata yaxın ödənişlər edilib.  
Tədbirdə iştirak edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib ki, Aqrar sığorta Fondunun Goranboy rayonunda fəaliyyətə  başlaması rayon  fermerlərinə dövlət dəstəyindən daha yaxşı faydalanmağa şərait yaradacaq. Aqrar sığorta haqqının 50%-ni dövlət tərəfindən ödənildiyini xatırladan icra hakimiyyətinin başçısı fermerləri əkin sahələrini sığortalamağa və aqrar sığortadan faydalanmağa çağırıb. 
Şəmkir filialının açılışı ilə bağlı rayonda təşkil edilən mərasimdə Aqrar Sığorta Fondunun idarə heyətinin üzvü Roman Əmircanov bildirib ki, aqrar sığorta vasitəsilə fermerlər və təsərrüfatlar özlərini çoxsaylı risklərdən qoruya bilərlər. Bura əkin sahələri, meyvə bağları, heyvandarlıq və balıqçılıq təsərrüfatları aiddir. 
Onun sözlərinə görə, bu günədək aqrar sığortadan ölkəmizdə minlərlə fermer faydalanıb, müxtəlif hadisələr tərəfindən onlara dəyən zərərlər fond tərəfindən kompensasiya edilib. 
Yeni fəaliyyətə başlayan Şəmkir filialı Qazax-Gəncə bölgəsində fermerlərə dəstək verəcək, onların risklərdən qorunmasına kömək edəcək.
Tədbirdə iştirak edən Şəmkir rayon icra hakimiyyəti başçısının müavini Rüfət Sahibsoy Aqrar Sığorta Fondunun növbəti filialının Şəmkirdə fəaliyyətə başlaması münasibətilə fermerləri təbrik edib. Bildirib ki, aqrar sığorta iş adamlarını risklərdən qorumaqla onların kənd təsərrüfatında daha inamlı fəaliyyət göstərməsinə imkan verəcək. 
Artıq sözügedən rayonların fermerləri aqrar sığorta ilə bağlı 1651 Çağrı mərkəzi ilə yanaşı  Aqrar Sığorta Fondunun Goranboy və Şəmkir filiallarına da müraciət edə bilərlər. 
Yeni filiallar Goranboy və Şəmkir rayonlarının mərkəzində, yerli əhali və fermerlər üçün əlçatan məkanlarda yerləşiblər. 
Qeyd edək ki, Goranboy və Şəmkir fililallarının fəaliyyətə  başlaması ilə Aqrar Sığorta Fondunun filialarının sayı 6-ya çatıb. İndiyədək fondun Quba, Cəlilabad, Göyçay və Şəki filialları uğurla fəaliyyət göstərirlər. / marja.az

Banklar     Tarix: 18 dekabr 2023

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət


iqtisadi xeberler dollar kursu valyuta mezennesi biznes krediti birbank