Aslan Nəbiyev "AFB Bank"ın İdarə Heyəti Sədrinin Müşaviri təyin olunub
Bank sektorunda zəngin idarəetmə təcrübəsinə malik peşəkar kadr Aslan Nəbiyev AFB Bank-da İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub.
Aslan Nəbiyev Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr və magistr təhsili alaraq "Maliyyə və kredit" ixtisası üzrə ixtisaslaşıb. Bank sektorundakı fəaliyyətinə 2007-ci ildə başlayan Aslan Nəbiyev, bu müddət ərzində mikrokreditləşmə, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi və filial idarəçiliyi sahələrində müxtəlif rəhbər vəzifələrdə çalışaraq dərin peşəkar bilik və təcrübə qazanıb. Aslan Nəbiyev "Bank of Baku"da 6 il filial direktoru, ardınca 7 il Mikro və KOS kreditlər departamentinin direktoru vəzifələrində çalışıb.
Aslan Nəbiyevin müştəriyönümlü yanaşması və zəngin təcrübəsi, AFB Bank-da biznes kreditlərinin inkişafı, filial şəbəkəsinin genişləndirilməsi və müştəri xidmətlərinin keyfiyyətinin artırılması kimi strateji məqsədlərə çatmaqda mühüm töhfələr verəcəyinə inanırıq.
AFB Bank, Aslan Nəbiyevə yeni vəzifəsində uğurlar arzulayır və onun banka dəyər qatacağına əminliyini ifadə edir. / banker.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
İnvestisiyanın necə cəlb etmək olar?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Onlayn biznes ideyaları