Atəşgah' Sığorta Şirkəti birinci yarımildə zərər çəkmiş əmlaklara 192 min AZN ödəniş etdi
"Atəşgah" Sığorta Şirkəti son yarımil ərzində əmlak sığortası üzrə dəymiş zərərə görə 192 000 AZN ödəniş etmişdir. Hadisələrin böyük həcmi subasma hadisələrinə aiddir.
Edilən ödənişlərdən ən böyük məbləğ olan 160 692 AZN yanğın hadisəsi zamanı zərər çəkmiş əmlaka aiddir. İkinci böyük məbləğ 14 850 AZN isə partlayış hadisəsi zamanı zərər çəkən əmlak sahibinə ödənib.
Bu ödənişin yanğın, öz-özünə alışma və elektrik naqillərində baş verən qısa qapanma səbəbindən zərər çəkmiş əmlaklara olan hissəsi 179 375 AZN, təbii fəlakət, torpaq sürüşməsi səbəbindən zərər çəkmiş əmlaklara aid olan hissəsi isə 3 413 AZN təşkil edir. Əlavə olaraq, qeyd etmək istərdik ki, "Atəşgah" Sığorta Şirkəti su, istilik, kanalizasiya kəmərlərinin qəzası, habelə, qonşu tikililərdən, mənzillərdən, yaşayış və qeyri-yaşayış sahələrindən daxil olan su nəticəsində zərər çəkmiş əmlaklara 9 212 AZN ödəniş etmişdir.
Yüksək etibarlılıq imicinə malik olan "Atəşgah" Sığorta Şirkəti 1996-cı ildən, "Atəşgah Həyat" Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.



Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə