"Atəşgah Sığorta Şirkəti"nin xalis mənfəəti 8 dəfəyə yaxın artıb
"Atəşgah Sığorta Şirkəti" ASC 2024-cü ili 3 milyon 355 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 437 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Atəşgah Sığorta Şirkəti"nin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 7,7 dəfə artıb.
Marja.az Şirkətin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, "Atəşgah Sığorta Şirkəti"nin cəmi gəlirləri 2023-cü ildə 38 milyon 359 min manat ikən, 2024-cü ildə 69 milyon 654 min manata yüksəlib (31 milyon 295 min manat və ya 81,6% artıb).
Şirkətin cəmi xərcləri isə 27 milyon 646 min manat və ya 73,1% artaraq 65 milyon 460 min manat olub.
Gəlirlərdəki artım xərclərdəki artımdan daha yüksək məbləğdə olduğu üçün, ötən il "Atəşgah Sığorta Şirkəti"nin xalis mənfəəti daha böyük məbləğdə olub.



"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
İnvestisiyanın necə cəlb etmək olar?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Onlayn biznes ideyaları