Avro Almaniyada inflyasiya məlumatlarından sonra ucuzlaşır
Almaniyada inflyasiyanın sürətlənməsi ilə bağlı məlumatların açıqlanmasından sonra avro dollar qarşısında ucuzlaşıb.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 15.54-ə olan məlumata görə, avronun dollara qarşı məzənnəsi son bağlanış səviyyəsindən - 1,0646 dollardan 1,0627 dollara düşüb.
İnflyasiya məlumatları açıqlanmazdan əvvəl əks vəziyyət müşahidə edilirdi - məsələn, səhər saatlarında Avropanın ortaq valyutası Amerika valyutasına qarşı 1.066-ya qədər möhkəmlənmişdi.
Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutlarından ibarət səbətə nisbətdə məzənnə) 0,09% artaraq 104,27 bənd təşkil edib.
Yanvar ayında Almaniyada illik inflyasiya, keçən ilki 8,6%-dən 8,7%-ə qədər sürətlənib. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Françayzinq nədir və necə olur?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Dünyanın ən zəngin idmançıları