Avro Almaniyada işsizlik məlumatlarından sonra möhkəmlənir
Almaniyada işsizlik səviyyəsinin ilin əvvəlindən bəri dəyişmədiyi barədə məlumatların açıqlanmasından sonra avro dollar qarşısında artımını gücləndirib.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 14.42-yə olan məlumata görə, avronun dollara nisbətdə məzənnəsi əvvəlki bağlanış səviyyəsindən 1,0576 dollardan 1,0666 dollara yüksəlib (0,84% artm). Almaniyada statistikanın yayımlanmasından əvvəl Avropa valyutası ABŞ-a qarşı bir qədər yavaş bir templə möhkəmləndi.
Dolların yen qarşısında məzənnəsi eyni zamanda 136,2 yendən 135,71 yenə düşüb. Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnəsi) 0,48% azalaraq 104,36 bənd təşkil edib.
Almaniyada fevralda işsizlik, analitiklərin gözlədiyi kimi, yanvar ayı səviyyəsində - 5,5%-də qalıb. 20 avrozona ölkəsinin sənaye istehsalı sahəsində işgüzar fəallıq indeksi (PMI) isə, yekun qiymətləndirməyə əsasən, yanvarda 48,8 bənddən fevralda 48,5 bəndədək azalıb.
Bir sıra statistik məlumatların çərşənbə günü açıqlanacağı gözlənilir. Analitiklər hesab edirlər ki, Almaniyada fevralda illik inflyasiya, bir ay əvvəlki 8,7%-dən 8,5%-ə qədər azalıb. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Françayzinq nədir və necə olur?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Dünyanın ən zəngin idmançıları