Avro və funt sterlinq rekord aşağı səviyyələrə düşdü

Avro və funt sterlinq rekord aşağı səviyyələrə düşdüBazar ertəsi Böyük Britaniya funt sterlinqi rekord aşağı səviyyəyə, Avro isə Avropada iqtisadi şəraitin pisləşməsi ilə bağlı artan narahatlıqlar və dolların "təhlükəsiz liman" alışları ilə bahalaşması nəticəsində 22 ilin ən aşağı səviyyəsinə düşüb. 
Marja.az xəbər verir ki, Böyük Britaniyanın yaxınlaşan tənəzzül qarşısında geniş vergi endirimlərini elan etməsindən sonra Böyük Britaniyanın fiskal sabitliyinə şübhələr artıb və funt sterlinq 5%-ə qədər də dəyər itirərək 1,0384 dollara düşüb.
Böyük Britaniya iqtisadi artımı dəstəkləmək üçün ölkədə son 50 ildə ən böyük vergi endirimləri paketini açıqlayıb. Lakin ölkənin yavaşlayan iqtisadi artım və əkiz kəsirlə üzləşdiyini nəzərə alsaq, bazarlar belə bir hərəkətin davamlılığına şübhə ilə yanaşır.
Cümə günü verilən məlumatlar da göstərib ki, Böyük Britaniya biznes fəaliyyəti sentyabr ayında ardıcıl ikinci ay azalıb. Bu yaxınlarda faiz dərəcələrini artıran İngiltərə Mərkəi Bankı da Britaniya iqtisadiyyatının artıq tənəzzülə uğraya biləcəyi barədə xəbərdarlıq edib.
Avro 0,7% ucuzlaşaraq son 22 ilin ən aşağı səviyyəsinə – 0,9550 dollaradək düşüb.  Avro Bölgəsində iqtisadi tənəzzülün başlaması, enerji böhranı və Rusiya-Ukrayna müharibəsi ilə bağlı qorxular ortaq valyutanın zəifləməsinə səbəb olur.
Yüksək inflyasiya bu il Böyük Britaniya və Avrozona iqtisadiyyatları üçün ən böyük "külək" olub, çünki həm biznes, həm də istehlak xərcləri artan qiymət təzyiqləri altında azalıb.
Funt və Avronun zəifləməsi dollar indeksinin bazar ertəsi günü 20 ilin yeni ən yüksək səviyyəsinə çatmasına səbəb olub, çünki dollar "təhlükəsiz liman" alışından faydalanmağa davam edir. Yüksələn ABŞ faiz dərəcələri bu il ehtiyat (rezerv) valyutasını böyük dərəcədə bahalaşdırıb və çox güman ki, yaxın müddətdə daha da bahalaşacaq.
ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) keçən həftə  faiz dərəcələrini bu il daha da yüksəldib, ehtimal ki, 2022-ci ili sonunda 16 ilin ən yüksək səviyyəsinə - 4.4%-ə çatdıracaq.
Türk lirəsi (TL) də ucuzlaşmaqda davam edir. Bakı vaxtı ilə saat 08:44-də Dollar/TL məzənnəsi 18.4491 lirə səviyyəsinə çatıb. 
Həmçinin oxu
Avro və funt sterlinq rekord aşağı səviyyələrə düşdü

Maliyyə     Tarix: 26 sentyabr 2022

Oxşar xəbərlər

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind


iqtisadi xeberler bu gunun xeberleri dollar kursu internetden pul qazanmaq biznes qurmaq