Avropa anbarlarında qaz ehtiyatları 90 mlrd. kubmetrdən aşağı düşüb
Avropa İttifaqının yeraltı anbarlarında mavi yanacaq ehtiyatlarının səviyyəsi 90 milyard kubmetrdən aşağı düşüb, qazın götürülməsi isə uzun illər ərzində dekabr ayı üçün qeydə alınan göstəricidən 20 faiz azdır.
Avropada temperaturun iqlim normasından yüksək olması qaz istehlakının azalmasına və qiymətlərin ucuzlaşmasına səbəb olub.
"Gas Infrastructure Europe" assosiasiyasının məlumatına görə, dekabrın 20-də Aİ ölkələrinin yeraltı anbarlarından 356 milyon kubmetr qaz çıxarılıb. Bu proses bir həftədən çox idi ki, çoxillik orta göstəriciləri üstələyirdi. Avropada isitmə mövsümünün başladığı noyabrın 14-dən bəri anbarlardan 14.5 milyard kubmetr qaz götürülüb.
Hazırda Avropanın yeraltı anbarlarının 83.18 faizi (89.99 milyard kubmetr) doludur, bu da son beş ilin eyni dövrü üçün orta göstəricidən 10.27 faiz çoxdur. Portuqaliya istisna olmaqla, Avropa İttifaqının bütün ölkələrində anbarlardan qazın çıxarılması prosesi davam edir.
Həftə ərzində Avropada havaların istiləşməsinin davam edəcəyi gözlənilir. Almaniya Federal Şəbəkə Agentliyi bu həftə havanın temperaturunun son dörd ilin orta göstəricisindən 5.91 dərəcə yüksək olacağını proqnozlaşdırır. Həmçinin Avropa İttifaqının elektrik enerjisi istehsalında külək generasiyasının payı bu həftə 20 faizdən çox olub. / banker.az

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Dünyanın ən varlı 10 adamı
IMEI kod nədir?
SMM nə deməkdir?
Marketinq nə demədir?
Kriptovalyuta nədir?