Avropa bankı Gəncə üçün 365 milyon avro kredit ayıracaq

Avropa bankı Gəncə üçün 365 milyon avro kredit ayıracaqAvropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Gəncədə su təchizatı, kanalizasiya və yağış sularının idarə edilməsi sisteminin yenidən qurulması, eləcə də sutəmizləyici qurğuların tikintisi üçün 365 milyon avro məbləğində suveren kredit ayıracaq.
EBRD-yə istinadən xəbər verilir ki, layihənin ümumi dəyəri 370 milyon avrodur.
Avropa bankı Gəncə üçün 365 milyon avro kredit ayıracaqKredit bir neçə tranşda veriləcək və beynəlxalq donorun təqdim etdiyi investisiya qrantı hesabına birgə maliyyələşdiriləcək.
Kreditin EBRD-nin Direktorlar Şurası tərəfindən təsdiqi noyabrın 6-da gözlənilir.
Layihə EBRD-nin "Yaşıl şəhərlər" proqramı çərçivəsində həyata keçirilir və "Gəncə Yaşıl şəhər" Fəaliyyət Planında müəyyən edilmiş "suyun əlçatanlığı və keyfiyyəti" kimi prioritet ekoloji problemin həllinə yönəlib. Gəncənin su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılmasının vacibliyini nəzərə alaraq layihə hökumət üçün prioritetdir.
Layihə başa çatdıqdan sonra Gəncə şəhərinin fasiləsiz su təchizatı və kanalizasiya xidmətləri ilə tam əhatə olunması, yağış sularını idarəetmə sisteminin tətbiqi sayəsində daşqın risklərinin azaldılması planlaşdırılır. Layihə həm də çirkab suların Gəncə çayına axıdılmazdan əvvəl təmizlənməsini təmin etməklə ətraf mühitə müsbət təsir göstərəcək.
Layihənin həyata keçirilməsi su təchizatı xidmətlərini yaxşılaşdıracaq, su itkisini azaldacaq və çirkab suların lazımi qaydada təmizlənməsini təmin edəcək və bununla da "yaşıl keçid"ə töhfə verəcək. Bundan başqa, layihənin keyfiyyətli idarə edilməsini dəstəkləyəcək korporativ idarəetmə üzrə Fəaliyyət Planı da hazırlanacaq.
Hazırda layihənin ekoloji və sosial qiymətləndirilməsi (ESDD) həyata keçirilir. Birinci tranşla (B kateqoriyası) su təchizatı, kanalizasiya və yağış sularının idarə edilməsinin bərpası maliyyələşdiriləcək. 150 000-dən çox insan üçün yeni çirkab su təmizləyici qurğuların tikintisini nəzərdə tutan növbəti tranşların, o cümlədən ikinci tranşın (A kateqoriyası) EBRD-nin Ekoloji və Sosial Siyasətinə uyğun olaraq əlavə ekspertizası həyata keçiriləcək və bununla bağlı məlumat veriləcək.
Borcalan qismində Azərbaycan Maliyyə Nazirliyi, benefisiar qismində isə Dövlət Su Ehtiyatları Agentliyi çıxış edir.
© Report

Banklar     Tarix: 03 sentyabr 2024

Oxşar xəbərlər

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina


iqtisadi xeberler dollarin kursu bu gun online pul qazanmaq dollar manat kursu dollar kursu