Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı
Avropa Mərkəzi Bankının (AMB, ECB) İdarə Heyəti üç əsas faiz dərəcəsini dəyişməz saxlamaq qərarına gəlib.
Marja.az xəbər verir ki, bu, Bankın İdarə heyətinin iclasından sonra dərc olunan press-relizində bildirilir.
Belə ki, baza faiz dərəcəsi illik 4,25%, depozitlər üzrə dərəcə 3,75%, qısamüddətli kreditləri üzrə dərəcə isə 4,5% səviyyəsində sabit saxlanılıb.
"İdarə Heyəti bu gün ECB-nin üç əsas faiz dərəcəsini dəyişməz saxlamağa qərar verdi", - məlumatda deyilir.
İyun iclasında ECB, Avrozonada inflyasiya zəif iqtisadi artım perspektivindən daha az problemə çevrildiyindən, təxminən 5 ildə ilk dəfə faiz dərəcələrini azaldıb. Bnakın press-relizində ECB faiz dərəcələrini zəruri olduğu müddətcə məhdudlaşdırıcı (sərt) saxlamaq öhdəliyini təkrarlayıb və məhdudiyyətin səviyyəsi və müddətinin məlumatlardan asılı olacağını bildirib. Bundan əlavə, ECB Avrozonada qiymət təzyiqlərinin hələ də yüksək olduğunu və əsas inflyasiyanın 2025-ci ilə qədər hədəfin üzərində qalacağını qeyd edib. Avro Bölgəsində İstehlak Qiymətləri İndeksi (inflyasiya göstəricisi) gözləntilərə uyğun olaraq iyun ayında illik müqayisədə 2,5 faiz artıb. İyun ayında Avrozonada baza inflyasiyası illik 2,9 faiz səviyyəsində olub.
Digər tərəfdən, iqtisadçılar sentyabr toplantısında daha 0,25 bənd faiz endirimi gözləyirlər. Bloomberg-in Avro Bölgəsi Baş İqtisadçısı David Powell mövzu ilə bağlı verdiyi açıqlamada ECB-nin iyul ayında faiz dərəcələrini sabit saxlayacağını, lakin yavaşlamanın sentyabr ayında yeni bir hərəkətə yol açacağını bildirib.

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Ev şəraitində pul qazanmağın yolları
McDonalds haqqında maraqlı faktlar
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın əh bahalı brendləri - TOP-10