"Avrora" şirkətinin ixracı kəskin artıb
"Avrora" MMC-nin ixracı kəskin artıb.
Marja.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın avqust sayına isinadən xəbər verir ki, 2025-ci ilin yanvar-iyul ayları ərzində (7 ayda) "Avrora" şirkətinin ixracının cəmi məbləği 20,2 milyon dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 dəfə çoxdur. 2024-cü ilin yanvar-iyul ayları ərzində "Avrora" şirkətinin ixracının məbləği 2,4 milyon dollar təşkil etmişdi.
"Avrora" şirkəti 2025-ci ilin yanvar-iyul ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda 9-cu yeri tutub.
"Avrora Qrup" distribyutor və istehsal fəaliyyətlərini həyata keçirir. Şirkət qənnadı, un, makaron, qazlı sərinləşdirici içkilər və s. məhsullar istehsal edir.
OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro
Ölkəyə 5 min ton daha az düyü gətirilib
2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla