Avstriya Prezidentinin seçkilərdəki əsas rəqibi müəyyənləşib
Oktyabrın 9-da Avstriyada keçiriləcək növbəti prezident seçkilərində dövlət başçısı Aleksander Van der Bellenin əsas rəqibi müəyyənləşib.
Aparıcı müxalifət partiyalarından biri olan Avstriya Azadlıq Partiyası (FPÖ) Hofburq uğrunda seçkilərdə öz namizədi kimi Valter Rozenkrantsın adını açıqlayıb. Namizədin rəsmi təqdimat mərasimi isə iyulun 13-də keçiriləcək.
Partiya sədri Herbert Kikl bildirib ki, partiyanın prezidiumu yedkil şəkildə V.Rozenkrantsın namizədliyini təsdiqləyib.
1962-ci ildə Krems şəhərində doğulan V.Rozenkrants ixtisasca hüquqşünasdır. 1988-ci ildən indiyədək əyalət və federal səviyyədə Avstriya Azadlıq Partiyasını təmsil edib. 2008-2019-cu illərdə Avstriya Parlamentinin üzvü olan V. Rozenkrants 2019-cu ildə xalq vəkili (parlament ombudsmanı) vəzifəsinə seçilib. /banker.az

Qızıl gətir, sərfəli kredit götür
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
Çin yuanı dünya arenasında irəli aparır və Qərb sanksiyalarının təsirini zəiflədir
Agentlik: Sahibkarların 99,7 %-i KOB subyektləridir
Şirkət nümayəndəsi vəfat edib - "Şahşərab"ın səhmdarları toplanır
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Bitcoin necə işləyir?
ZARA-nın uğur hekayəsi
Milyonlar qazandıran qəribə biznes ideyaları
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Kriptovalyuta nədir?