Avtomobillərin icbari sığortası ABB mobile-da
®ABB mobile tətbiqi vasitəsilə təqdim edilən sığorta xidmətlərinin çeşidi artır. İndi icbari nəqliyyat sığortasını da ABB mobile-la əldə etmək mümkündür.
Ölkəmizdə özünün mobil bank əlavəsi vasitəsilə sığorta xidməti təqdim etmiş ilk banklardan olan ABB bu imkanı "Atəşgah" sığorta şirkəti ilə tərəfdaşlıq əsasında yaradıb.
Müxtəlif sığorta məhsullarını ABB mobile tətbiqindən əldə etməyin üstünlüyü bunun son dərəcə rahatlığı, sadəliyi, cəmi bir neçə toxunuşla sürətli şəkildə həyata keçirilməsidir.
Daha bir üstünlük isə budur ki, müştərilər sığorta müqavilələrini ABB mobile tətbiqində görə bilirlər. Tətbiq vasitəsilə sığorta müqavilələrinin müddətinin bitmə tarixini izləmək mümkündür. Daha ətraflı məlumatları buradan əldə edə bilərsiniz.
Yaxın zamanlarda ABB mobile tətbiqində digər sığorta məhsullarından da istifadə mümkün olacaq.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar. / banker.az

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®
Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb
Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb
Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
"Yelo Bank"ın Müşahidə Şurasında dəyişiklik olub
Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb
Mərkəzi Bankın bina və avadanlıqlarının sığortası 905 min manata başa gələcək
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Ev şəraitində pul qazanmağın yolları
Kriptovalyuta nədir və necə alınır?
McDonalds haqqında maraqlı faktlar
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Az pulla hansı işi qurmaq olar?