Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın

Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alınAqrar sığorta mexanizmi çərçivəsində fermerlər öz təsərrüfatlarındakı iribuynuzlu heyvanları sərfəli şərtlərlə sığortalaya bilərlər. Dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta mexanizmi çərçivəsində inək və camışların, o cümlədən qoyun və keçilərin də sığortalanması mümkündür.
İribuynuzlu heyvanlar təbii fəlakətlər, yoluxucu xəstəliklər, ot və yemdən zəhərlənmələr, ilan və həşərat sancması, yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və digər risklərdən sığortalana bilər.
Aqrar Sığorta Fondu tərəfindən tətbiq olunan mexanizmə əsasən, sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir. Qiyməti 1500 manat dəyərində olan bir baş iribuynuzlu heyvanın bir il müddətinə sığortalanmasının ümumi haqqı 72 manat təşkil edir. Dövlət tərəfindən sığorta haqqının 50 faizi ödənildiyindən fermerin ödəyəcəyi məbləğ 36 manat təşkil edir. Beləliklə, fermer üçün heyvanın illik sığortalanma xərci aylıq cəmi 3 manat təşkil edir.
Sığorta hadisəsi baş verdikdə ödəniş hesablanarkən müqavilədə nəzərdə tutulan 10 faizlik azadolma məbləği nəzərə alınır. Sığorta dəyəri 1500 manat olan iribuynuzlu heyvan tələf olduqda 150 manat azadolma məbləği çıxıldıqdan sonra fermerə 1350 manat sığorta ödənişi verilir.
Bu baxımdan, heyvanların illik sığortalanmasına çəkilən xərc onların saxlanması ilə bağlı ümumi xərclərlə müqayisədə olduqca aşağıdır və fermerləri mümkün maliyyə itkilərindən qorumağa imkan verir.
Beləliklə, aqrar sığorta heyvandarlıqla məşğul olan fermerlərin gözlənilməz risklər nəticəsində yaranan maliyyə itkilərinin qarşılanmasına və təsərrüfat fəaliyyətinin davamlılığının təmin edilməsinə imkan yaradır. / marja.az

Banklar     Tarix: 08 oktyabr 2026

Oxşar xəbərlər

ABB-də daha bir baş direktor təyinatı

ABB-də rəhbər vəzifəyə daha bir təyinat olub. Bankın Ofis rəhbəri Mehmet Ali Savaş ABB-nin Baş direktoru təyin edilib. xəbər verir ki, Mehmet Ali Savaş Türkiyənin Işık Universitetində Management Information Systems ixtisas

Əhalinin kredit borcu 21 milyard manata yaxınlaşıb – Bir ildə 2,45 milyard manat artıb

Azərbaycanda ev təsərrüfatlarına verilmiş kreditlərin həcmi artmaqda davam edir. Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten 08/2026" hesabatına istinadən xəbər verir ki, 2026-cı ilin avqust ayının sonunda bankla

Kartlar ilə verilən kreditlər azalır

Ev təsərrüfatlarına (əhaliyə) ödəniş kartları vasitəsilə verilmiş kreditlərin həcmi 31 avqust 2026-cı il tarixində 1 milyard 242,8 milyon manat olub. Azərbaycan Mərkəzi Bankının "Statistik bülleten"inin 2026-c

Qəzaların sayı avtomobil sığortası üzrə ödənişləri artırıb – "PAŞA Sığorta"dan 1 ayda 10 milyon manatdan çox ödəniş

Mərkəzi Bank Azərbaycanın sığorta şirkətlərinin sığorta ödənişləri üzrə renkinqini açıqlayıb. Rəqəmlərə baxanda bir məqam xüsusilə diqqət çəkir: avtomobillərlə bağlı zərərlərin maliyyə yükü kifayət qədər böyükdür. Məsələn

Kapital Bank nümayəndələri "Sibos 2026" çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Kapital Bank dünyanın aparıcı maliyyə institutlarını, texnologiya şirkətlərini və digər maliyyə bazarı iştirakçılarını bir araya gətirən "Sibos 2026" beynəlxalq konfransında iştirak edib. Bankın nümayəndələri tədbi

Avtomobil sahibləri icbari sığorta haqqını əvvəlcədən hesablaya biləcək

İcbari Sığorta Bürosu (İSB) sığorta xidmətlərinin rəqəmsallaşdırılması, informasiya sistemləri arasında məlumat mübadiləsinin genişləndirilməsi və vətəndaşların sığorta məlumatlarına çıxış imkanlarının artırılması istiqamətind

Rusiyada Qazaxıstanın "Freedom" qrupu ilə bağlı investorlar şikayət edir

Rusiyada "Freedom" şirkətlər qrupu ilə əlaqəli qiymətli kağızlara investisiya yatıran qapalı investisiya fondunun payçıları Rusiya Mərkəzi Bankına və prokurorluğa müraciət ediblər. Narazılığa səbəb fond paylarını

Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın

Aqrar sığorta mexanizmi çərçivəsində fermerlər öz təsərrüfatlarındakı iribuynuzlu heyvanları sərfəli şərtlərlə sığortalaya bilərlər. Dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta mexanizmi çərçivəsində inək və camışların

Mərkəzi Bank 2 BOKT-un lisenziyasını ləğv edib

"Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun (Qanun) 25-ci maddəsinə müvafiq olaraq, "T-Kredit" Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfində


iqtisadi xeberler birbank biznes krediti valyuta kurslari kicik biznes