AYİB Azərbaycanda internet şəbəkəsinin genişləndirilməsi üçün $50 mln. kredit ayırıb

AYİB Azərbaycanda internet şəbəkəsinin genişləndirilməsi üçün mln. kredit ayırıbDekabrın 22-də "Aztelekom" MMC-nin genişzolaqlı internet şəbəkəsinin genişləndirilməsi layihəsinin maliyyələşdirilməsi ilə bağlı "Aztelekom" MMC və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında 50 milyon ABŞ dolları (85 milyon AZN) dəyərində kredit müqaviləsi imzalanıb.
Banker.az Rəqəmsal  İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, sözügedən kredit müqaviləsini "Aztelekom" MMC-nin baş direktoru Klaus Müller və AYİB-in Şərqi Avropa və Qafqaz ölkələri üzrə idarəedici direktoru Matteo Patron imzalayıblar.
Klaus Müller Azərbaycanın regionlarında təxminən 280 mindən çox ev təsərrüfatına ən müasir genişzolaqlı infrastrukturun tətbiqinə AYİB-in göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Bildirilir ki, "Aztelekom" cəlb olunan maliyyə vəsaitini regionlarda həyata keçiriləcək infrastrukturun yenidən qurulması üçün istifadə edəcək. Bu maliyyə dəstəyi ilə şirkət planlaşdırdığı şəbəkə genişləndirilməsinin sürət, tutum və ötürmə qabiliyyətini yaxşılaşdıraraq, şəhər və kənd yerləri arasında rəqəmsal bərabərsizliyi azaltmağa nail olacaq.
Məlumat üçün bildirək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən və əsas operatoru "Aztelekom" MMC olan "Onlayn Azərbaycan" layihəsi çərçivəsində 2024-cü ilin sonuna qədər sürətli internetlə ölkənin bütün ərazisini əhatə edən genişzolaqlı şəbəkənin qurulması planlaşdırılır.
Layihə çərçivəsində mövcud ADSL avadanlığının müasir IMS platforması ilə işləyən GPON avadanlıqla əvəz edilməsi, köhnə mis magistral kabel infrastrukturunun optik kabellərlə əvəzlənməsi və optik paylayıcı şəbəkənin qurulması nəzərdə tutulur. Bu texnologiya mühüm dərəcədə internet xidmətinin keyfiyyətini yaxşılaşdırır, eləcə də İPTV və digər əlavə xidmətlər göstərməyə imkan yaradır.
Məlumat üçün bildirək ki, layihənin icrasına başlanıldığı 2017-ci ildən bu günədək artıq ölkə üzrə 766 minə yaxın ev təsərrüfatı optik internetə çıxış imkanı əldə edib ki, bunun da 539 mini 2021-2022-ci illərdə icra olunub. Layihənin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatlarının GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə sürətli internetlə təmin olunması planlaşdırılır.

Xəbərlər     Tarix: 22 dekabr 2022

Oxşar xəbərlər

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında


iqtisadi xeberler dollar kursu leobank kart bitkoin qiymeti pul qazanmaq