"Azər Türk Bank Azərbaycanda Maliyyə Texnologiyaları üzrə innovasiyalar edən lider Banklardandır"

®Bunu müsahibəsində Azər Türk Bank Prossesinq Mərkəzinin Direktoru Namid Abdulov bildirmişdir.
2023-cü ilin dekabr ayında İstanbulda təşkil olunan "Fintex Sammit İstanbul 2023 (Maliyyə və Texnologiyalar EXPO)" sammitində çıxış edən Namid Abdulov rəqəmsallaşan maliyyə dünyasındakı innovativ həllər, onların tətbiqi imkanları, problemlər və onların həllindən danışmışdır. 
Eyni zamanda o çıxışında Azər Türk Banka məxsus olan Prossesinq Mərkəzində həyata keçirilən innovativ layihələr və bu layihələrin son istifadəçilərə, Banka və Azərbaycan iqtisadiyyatına verdiyi töhvədən bəhs etmişdir.
Daha sonra o xarici media nümayəndələrinə ətraflı müsahibə verərək bildirmişdir ki, "Azər Türk Bank"ın rəqəmsallaşma və innovativ həllərin tətbiqi ilə bağlı planlarına əsasən ən son rəqəmsal innovativ həllərdən biri hesab edilən, Şərqi Avropada və Post-sovet ölkələri arasında ilk dəfə Bulud texnologiyasına əsaslanan MobilPos proqram təminatı istifadəyə verilmişdir. 
Eyni zamanda o bildirmişdir ki, ölkədə ilk dəfə olaraq Bulud texnologiyası əsasında qurulan, bütün beynəlxalq ödəniş sistemlərinin ödəniş kartlarını qəbul edən, ApplePay, GooglePay, SamsungPay və digər token ödənişləri dəstəkləyən yeni elektron ticarət platformasının istifadəyə verilməsindən danışdı. Cybersource adlanan bu platforma haqqında danışarkən o, bu platformanın bir sıra böyük qlobal "merchant"-lərin (kommersiya subyektlərinin) Azərbaycanın ödəniş bazarına daxil olmaq imkanı yaratdığını vurğuladı.
"Qürurla bildirirəm ki, Azərbaycanda xidmət göstərən qlobal "merchant"-lər (kommersiya subyektləri) artıq Azərbaycana məxsus olan banklardan birində xidmət alacaqlar. Bu platforma transmilli korporasiyalara Azərbaycanda təhlükəsiz və innovativ qaydada ödənişlərin qəbuluna zəmanət verən texnologiyadan istifadə etmək imkanı yaratdı".
Namid Abdulov bildirdi ki, Azər Türk Bank tərəfindən Azərbaycanda ilk dəfə EMV texnologiyasını dəstəkləyən İctimai Nəqliyyatda nağdsız ödənişlərin qəbulunu həyata keçirən ekosistem yaradılmış, bu layihənin Azərbaycanın digər bölgələrində də uğurla tətbiqinin davam etdiriləcəyini bildirmişdir. Ekosistemin "Ağıllı Şəhər" konsepsiyasının bir çox elementlərini özündə birləşdirdiyini və bu imkanların gələcəkdə icrası nəzərdə tutulan "Ağıllı Şəhər" layihələrində tətbiqinə ümid etdiyini bildirmişdir.
Azər Türk Bank hal-hazırda daha iki beynəlxalq ödəniş sisteminin üzvlüyü statusunun alınması ilə bağlı layihəni icra edir və qısa zamanda bu ödəniş sistemlərinin təqdim etdikləri imkanları müştərilərin istifadəsinə verəcəkdir.
Sonda İnnovativ rəqəmsal həllərin tətbiqi ilə bağlı tendensiyanın davam etdirələcəyinə ümid etdiyini bildirən bankın əməkdaşı, özünə güvənən və yeniliklərin bir hissəsi olmağa hazır olan gəncləri öz komandasına dəvət etdi.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.  / banker.az

Banklar     Tarix: 13 dekabr 2023

Oxşar xəbərlər

"Unibank"dan biznes sahiblərinə xüsusi təklif: "Biznesinizə 6 qat dəstək"

Unibank biznes sahibləri üçün yeni kampaniya keçirir. "Biznesinizə 6 qat dəstək" adlanan kampaniya çərçivəsində mayın 31-dək "Unibank"da hesab açan müştərilər, bank xərclərinə xeyli qənaət edəcəklər. Güzəştlə

Yelo App-də əmanət girovlu kredit artıq onlayndır

Yelo Bank müştəriləri üçün sadə və faydalı innovativ həllər təqdim etməyə davam edir. Artıq Bankın əmanət müştəriləri təcili pul ehtiyacları yarandıqda əmanətlərinə toxunmaq məcburiyyətində qalmayacaqlar. Yelo App-də təqdi

"TuranBank"da yeni təyinat olub

"TuranBank" ASC-də yeni kadr dəyişikliyi baş verib. xəbər verir ki, Ramin Qasımov "TuranBank" ASC-nin Risklərin İdarə Edilməsi Departamentinə yeni direktor təyin edilib. O, bu vəzifədə Asif Əzizovu əvə

PAŞA Bank "ZirvədəSən" təcrübə proqramı üzrə qeydiyyata başladı

PAŞA Bank karyerasını inkişaf etdirmək, real iş təcrübəsi əldə etmək və nəticəyönümlü bilik qazanmaq istəyən tələbə və məzunlar üçün "ZirvədəSən" təcrübə proqramının qeydiyyatına start verib. Proqram çərçivəsind

AccessBank müxtəlif peşə sahibləri üçün Nağd Kredit üzrə 7%-dək endirim kampaniyasının müddətini uzatdı

AccessBank müxtəlif peşə sahibləri üçün sərfəli şərtlərlə 50 00 AZN-dək nağd kredit məhsulu təqdim edir. Kampaniya çərçivəsində vergi, gömrük, tibb və təhsil sahələrində çalışan şəxslər üçün nəzərdə tutulmuş xüsusi şərtlə

PAŞA Bank "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərinin rəsmi bank tərəfdaşı olub

Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu ("Caspian Agro Week") və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan"

"Bank BTB"nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi iyunda yekunlaşacaq

Gələn ayın sonuna qədər "Bank BTB" ASC-nin aktivlərinin və öhdəliklərinin "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) ötürülməsi yekunlaşdırılacaq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımo

"Azərbaycan Beynəlxalq Bankı"Orta Asiya və Afrikada maliyyə təşkilatlarına yatırım edə bilər

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) Orta Asiya və Afrika ölkələrində maliyyə təşkilatlarına investisiya edə bilər. Bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib

Bankda səhmdar dəyişikliyi işdən çıxarılmaya əsas ola bilərmi? – Ali Məhkəmədən mühüm qərar

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsinin halları ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib


iqtisadi xeberler dollar mezenne kicik biznes biznes xeberleri online pul qazanmaq