Azərbaycan bankı xarici qurum ilə 20 milyon dollarlıq kredit sazişi imzalayıb

Azərbaycan bankı xarici qurum ilə 20 milyon dollarlıq kredit sazişi imzalayıbAzərbaycanın aparıcı banklarından biri olan və ölkənin real sektorunun inkişafını fəal şəkildə dəstəkləyən Bank Respublika ilə OPEC Fund for International Development arasında 20 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalanıb.
Dörd il müddətinə ayrılan maliyyə vəsaiti Azərbaycanda özəl sektorun inkişafına, eləcə də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə yönəldiləcək.
Sazişi Bank Respublika ASC-nin İdarə Heyətinin sədri Tariyel İsmayılov və OPEC Fondunun Prezidenti Dr. Əbdülhəmid Əlxəlifə imzalayıblar. İmzalanma mərasimi OPEC Fondunun 50 illik yubileyinə həsr olunmuş "OPEC Fund Development Forum 2026" çərçivəsində Vyana şəhərində keçirilib.
İmzalanma mərasimində Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Anar Axundov və Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Rövşən Sadıqbəyli də iştirak ediblər.
Cəlb olunmuş maliyyə vəsaiti Bank Respublika-ya real sektorun dəstəklənməsini daha da genişləndirməyə və mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi həcmini artırmağa imkan verəcək. Vəsaitlər yeni iş yerlərinin yaradılmasına, bizneslərin inkişafına və ölkənin dayanıqlı iqtisadi artımına töhfə verən layihələri həyata keçirən sahibkarların maliyyələşdirilməsinə yönəldiləcək.
OPEC Fondunun Prezidenti Əbdülhəmid Əlxəlifə bildirib: "Yerli valyutada təqdim etdiyimiz ilk kredit OPEC Fondu üçün əlamətdar hadisədir. Bu, maliyyə alətlərimizin daha da zənginləşməsinə xidmət etməklə yanaşı, innovativ həllər vasitəsilə inkişaf təsirimizi artırmağa imkan verir. Yerli valyutada maliyyələşmə risklərin azaldılması və investisiyaların təşviqi üçün mühüm vasitədir. Azərbaycanda bu istiqamətdə ilk tərəfdaşımızın Bank Respublika kimi güclü və etibarlı maliyyə institutu olması bizim üçün xüsusi əhəmiyyət daşıyır və uzunmüddətli əməkdaşlığımız üçün möhkəm zəmin yaradır.
Bank Respublika-nın İdarə Heyətinin Sədri Tariyel İsmayılov qeyd edib: "Bu saziş bizim üçün sadəcə maliyyələşmə deyil. Bu, beynəlxalq inkişaf maliyyələşdirilməsi sahəsində ən nüfuzlu qurumlardan biri olan OPEC Fund tərəfindən Bank Respublika-ya göstərilən etimadın mühüm göstəricisidir. Biz Dr. Əbdülhəmid Əlxəlifə və onun komandasına yüksək peşəkarlığa və səmimi qəbula görə dərin təşəkkürümüzü bildiririk. İnanırıq ki, bu saziş Bank Respublika ilə OPEC Fund arasında uğurlu və uzunmüddətli tərəfdaşlığın möhkəm təməlini qoyacaq"
/ marja.az

Banklar     Tarix: 01 iyul 2026

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır


iqtisadi xeberler en son xeberler depozit faizleri birbank kicik biznes