Azərbaycan bankları manatdan necə qazanır?

Azərbaycan bankları manatdan necə qazanır?Son illərdə Azərbaycanda milli valyutada (manat) verilən kreditlərin faiz dərəcələri ilə depozit faizləri arasındakı fərq (marja) nəzərəçarpacaq dərəcədə artıb.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi rəsmi rəqəmlərə istinadən xəbər verir.
2019-cu ildə manat kredit faizləri ilə depozit faizləri arasındakı marja təxminən 4.7% civarında olub. 2023-cü ilin ortalarında bu göstərici 6%-ə çatıb və 2024-cü ildə də yüksək olaraq qalır. 2025-ci ilin yanvar və fevralda cüzi alsa da 6 faizlik marjaya çox yaxın bir məsafədədir. Bu bir növ klassik bank fəaliyyəti üzrə mənfəətliliyik marjasıdır.
Son illərdə Mərkəzi Bankın tətbiq etdiyi monetar sərtləşmə depozit faizlərini yuxarı doğru itələyib. AMB buna bazarda ən güclü təsirə sahib olan məcburi ehtiyat normalarının (MEN) əmsallarını yüksəltməklə nail olub. Əmsalları bankların əmanət həcmləri və onların strukturları əsasında tətbiq etməsi iri banklara daha çox təsir edib ki, bu da həmin bankları da depozit bazarında "qol çırmalamağa" məcbur edib.Azərbaycan bankları manatdan necə qazanır?Nəticədə ölkədə demək olar ki, fiziki şəxslər üçün təklif edilən manat depozitlərinin gəlirlilik faizi illik demək olar ki böyük əksəriyyətində 9-11 faiz aralığına yüksəlib. Yuxarıda qeyd edildiyi kimi, MEN əmsalları təkcə fiziki şəxslərin deyil, həm də hüquqi şəxslərin banklardakı depozitlərinə də təsir edir. Hüquqi şəxslərin depozit faizləri MEN-nin tətbiq edildiyi gündən manatda illik (orta) 5.68 faizdən 6.88 faizə yüksəlib.
Dollar-manat məzənnəsinin 2017-ci ilin martından 1.7-də lövbər salması bankları xarici valyutada (dollar) depozit cəlbində daha da arxayın salıb. Sektorun 1 mart 2025-ci il tarixinə balansına baxdıqda 37.84 mlrd. manatlıq depozitlərin 15.5 mlrd. manat (ekv.) xarici valyutadadır. Kreditlərdə isə 27.59 mlrd. mantının yalnız 4.27 mlrd. mantı (ekv.) xarici valyutada verilib.
Azərbaycan bankları manatdan necə qazanır?Azərbaycan bankları manatdan necə qazanır?Banklarların əksəriyyəti dollarda yüksək faizli gəlirlər təklif etməklə, onu milli valyutaya svop etməklə kreditə yönəldirlər. Bankların depozit faizlərinin kreditlərə nisbətən daha çox yüksəlməsi dollarda orta faiz marjasını 2.5 faizə qədər endirib.

Banklar     Tarix: 03 aprel 2025

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler dollar mezenne valyuta xeberleri online pul qazanmaq leobank kart