Azərbaycan BOKT-larının xalis mənfəəti 3 dəfə artıb
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin I rübünü 32,9 milyon manat xalis mənfəətlə başa vurub.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 2,8 dəfə çoxdur.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Yanvar-mart aylarında BOKT-ların gəlirləri 78,8 milyon manat (illik müqayisədə 2,1 dəfə çox), xərcləri 36,9 milyon manat (57 % çox), xüsusi ehtiyatlara ayırmaları 1,9 milyon manat (dəyişməyib), mənfəət vergisi ödəmələri isə 7,1 milyon manat (7,9 dəfə çox) təşkil edib.
Bu il aprelin 1-nə BOKT-ların aktivləri 823,3 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 50,9 % çoxdur. Bunun 585,2 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 38,5 % böyüyüb.
Hesabat dövründə BOKT-ların öhdəlikləri 39,5 % artaraq 461,9 milyon manata, balans kapitalı isə 68,6 % artaraq 361,4 milyon manata çatıb.
© "Report"

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Ev şəraitində pul qazanmağın yolları
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Dropshipping nədir?