Azərbaycan dövləti 6 milyard dollardan artıq borca zamin durub

Azərbaycan dövləti 6 milyard dollardan artıq borca zamin durub2024-cü  il 1 yanvar  tarixinə dövlət zəmanətli borcun məbləği (daxili  vəxarici  borc) 11 milyard 434,4 milyon  manat  və ya  2023-cü  il  üzrə ÜDM-in 9,3 faizini təşkil etmişdir. 
Marja.az xəbər verir ki, bu "Dövlət Borcu üzrə Statistik Bülleten"də bildirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qeyd edilib ki, dövlət zəmanətinin 10 milyard 208,8 milyon manatı  (6 milyard 5,2  milyon  ABŞ dolları) və ya 89,3 faizi  xarici  kreditlərin, 1 milyard 225,6 milyon manatı vəya 10,7 faizi isə daxili kreditlərin payına düşüb.
Xarici   dövlət  zəmanətli  borcun 4 milyard 440 milyon ABŞ dollarını və ya  73,9  faizini (7 milyard 548 milyon manatı) Cənub Qaz Dəhlizi QSC-nin öhdəlikləri üzrə verilmiş dövlət zəmanəti təşkil edir.
1  yanvar  2024-cü  il  tarixinə dövlət zəmanətli borc portfelinin valyuta  tərkibi  aşağıdakı kimi olmuşdur:
ABŞ dolları – 64,1 faiz,
avro – 22,2 faiz, 
manat – 7,1 faiz,
yapon  yeni  – 4,2 faiz,
digər valyutalar – 2,3 faiz .
Dövlət  zəmanətli borcun 68,8 faizi  5  ilə qədər olan  müddətdə, 17,4 faizi  5  ildən 10  iləqədər olan  müddətdə, 13,8 faizi  isə 10  ildən yuxarı olan  müddətdə kreditorlara qaytarılmalıdır.
Dövlət  zəmanəti - əsas  borcalan  götürdüyü  borcu  borcverənlə razılaşdırılmış  qaytarılma şərtlərinə və müddətə uyğun olaraq borcverən əqaytarmadıqda, həmin  borc  üzrə öhdəliklərin borcverən qarşısında tam və ya  qismən  yerinə yetirilməsinə dair  Azərbaycan Respublikasının qanunvericiliklə müəyyənləşdirilmiş qaydada üzərinə götürdüyü maliyyə öhdəliyidir. 
Qeyd edək ki, 2024-cü  il  1  yanvar  tarixinə Azərbaycan Respublikasının dövlət  borcu  (daxili  vəxarici  borc) 26 milyard 850,4  milyon  manat  və ya  2023-cü  il  üzrə ÜDM-in  21,8 faizini  təşkil etmişdir. Ümumi  dövlət borcunun 10 milyard 984 milyon manatı (6 milyard 461,2 milyon ABŞ dolları) vəya  40,9  faizi  xarici  dövlət borcunun, 15 milyard 866,4 milyon manatı və ya 59,1 faizi daxili dövlət borcunun payına düşür.

Maliyyə     Tarix: 29 fevral 2024

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd


iqtisadi xeberler dollar mezenne online pul qazanmaq pul qazanmaq bitkoin