Azərbaycan hasil etdiyi qazın yarısını ixrac edib
2024-cü ilin yanvar-fevral ayları üzrə operativ məlumatlara əsasən, iki ay ərzində respublikada 8,2 milyard kubmetr təbii qaz hasil edilib.
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, qazın 2,1 milyard kubmetri "Azəri-Çıraq-Günəşli", 4,5 milyard kubmetri "Şahdəniz", 0,3 milyard kubmetri "Abşeron", 1,3 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 240 milyon kubmetr artımla qaz hasil edilib.
Bu dövrdə xaricə qaz satışı 4,1 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə eynidir. Avropaya 2,1 milyard kubmetr, Türkiyəyə 1,4 milyard kubmetr, Gürcüstana isə 0,6 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 0,8 milyard kubmetr qaz nəql olunub.
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 01 mart 2024-cü il tarixinədək "Azəri-Çıraq-Günəşli"dən 218,5 milyard kubmetr, "Şahdəniz"dən isə 213,6 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə "Şahdəniz" yatağından hasil edilən qazın 151,5 milyard kubmetri ixraca nəql edilib.
2024-cü ilin yanvar-fevral ayları üzrə ölkədə 4,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 2,7 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin, 0,7 milyon tonu (kondensat) "Şahdəniz"in, 96 min tonu (kondensat) "Abşeron" yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,3 milyon ton təşkil edib.
İki ay ərzində 3,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 3,4 milyon tonu konsorsiumun, 0,5 milyon tonu isə SOCAR-ın payına düşüb.
"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 01 mart 2024-cü il tarixinədək 632,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. "Azəri-Çıraq-Günəşli"dən 587,5 milyon ton neft, "Şahdəniz"dən isə 45,2 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 01 mart 2024-cü il tarixinədək 630,7 milyon tonu ixraca nəql edilib.
2024-cü ilin yanvar-fevral aylarında ölkədə neftin emalı 1,1 milyon tona yaxın təşkil edib.
XXX
Bu ilin yanvar - fevral aylarında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 4,8 mln. ton, ixraca nəql edilən həcmlər isə 3,9 mln. ton olub.
Energetika naziri Pərviz Şahbazovun "X" sosial şəbəkəsində paylaşdığı məlumatlara görə, bu dövrdə 240 mln.m3 artımla hasil edilmiş 8,2 mlrd.m3 qazın 4,1 mlrd.m3-i ixrac olunub.
Bu ilin yanvar - fevral aylarında Avropaya 2,1 mlrd.m3, Türkiyəyə 1,4 mlrd.m3, Gürcüstana isə 0.6 mlrd.m3 qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 0.8 mlrd.m3 qaz nəql edilib.


/ marja.az

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
Biznes plan necə yazılır?
Dünyanın ən çox maaş verən şirkətləri
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Necə Bitcoin almaq olar?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?