Azərbaycan iqtisadiyyatının artım proqnozu yaxşılaşdırılıb

Azərbaycan iqtisadiyyatının artım proqnozu yaxşılaşdırılıb2022-ci ildə Azərbaycanda ÜDM-in 4,2% artacaq.
Bunu Dünya Bankı (DB) çərşənbə axşamı dərc olunan Avropa və Mərkəzi Asiya regionu üzrə yenilənmiş iqtisadi icmalda proqnozlaşdırır.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Apreldə DB 2022-ci il üçün Azərbaycanda ÜDM-in artımını 2,7% səviyyəsində proqnozlaşdırmışdı.
O cümlədən, DB 2023-cü il üçün Azərbaycanda ÜDM-in artım proqnozunu 2,8%-dək (aprel proqnozu – 2,2%) və 2024-cü il üçün – 2,6% (aprel proqnozu – 2,3%) yaxşılaşdırıb.
"Qiymətləndirmələrimizə əsasən, 2022-ci ildə Azərbaycanda ÜDM-in real artımı 4,2%-ə, 2023-2024-cü illərdə - 2,7%-ə çatacaq. Ölkədə neft hasilatının bir qədər azalmasının təbii qaz hasilatının artması ilə kompensasiya olunacağı gözlənilir", - DB qeyd edir.
DB-nin qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycanda ASK məhsulları istehsalının artımı 1,1%, 2023-cü ildə - 2%, 2024-cü ildə - 2,2% təşkil edəcək.
2022-2024-cü illərdə sənaye sahəsində istehsalın artımı müvafiq olaraq 2,7%, 1,5% və 1,3% təşkil edəcək. Xidmətlər müvafiq olaraq 7,3%, 5% və 4,6% artacaq.
Bank cari ildə Azərbaycanda inflyasiyanı 12,5% səviyyəsində (aprel proqnozu – 9%), gələn il – 9,5% səviyyəsində (aprel proqnozu – 6,6%), 2024-cü ildə - 8% səviyyəsində (aprel proqnozu – 6%) proqnozlaşdırır.
"2023-2024-cü ildə inflyasiyanın azalması, eyni zamanda AMB-nin hədəf diapazonundan (4% +/- 2%) mühüm dərcədə yüksək qalması gözlənilir", - DB vurğulayır.
DB-nin qiymətləndirmələrinə əsasən, enerji daşıcılarının yüksək qiymətləri Azərbaycana ortamüddətli perspektivdə iki rəqəmli tədiyə balansının cari əməliyyatlar hesabının pörofisitinə malik olmağa imkan yaradacaq: 2022-ci ildə - ÜDM-in 24,5%-i, 2023-cü ildə - ÜDM-in 16,7%-i, 2024-cü ildə - ÜDM-in 13,4%-i.
DB-də hesab edirlər ki, Azərbaycan iqtisadiyyatı üçün əlverişsiz risklər aşağıdakılardır: Ermənistanla hərbi toqquşmaların davamı və ya gərginləşməsi, Ukraynada uzanan münaqişə, əsas ticarət tərəfdaşlarında yavaşlama və inkişaf etmiş iqtisadiyyatı olan ölkələrdə pul sərtləşməsi.
Azərbaycan hökuməti 2022-ci ildə ÜDM-in artımnı 3,5% səviyyəsində, 2023-cü ildə - 2,7%, orta illik inflyasiyanı müvafiq olaraq – 12,5% və 6,9% səviyyəsində proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanda ÜDM-in artımı 5,6%, orta illik inflyasiya – 6,7% təşkil edib. 
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "İnterfaks-Azərbaycan"  / marja.az

Maliyyə     Tarix: 05 oktyabr 2022

Oxşar xəbərlər

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn


iqtisadi xeberler depozit faizleri leobank kart birbank biznes xeberleri