Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbəsi dünyanın ən qabaqcıl təqaüd proqramlarından birini qazanıb - MƏBLƏĞ

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbəsi dünyanın ən qabaqcıl təqaüd proqramlarından birini qazanıb - MƏBLƏĞAzərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbəsi Zaur Allahverdiyev 2024-cü il üzrə Amerika Birləşmiş Ştatlarının "Hubert Hamfri" Tələbə Təqaüd Proqramını qazanıb.
Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin yaydığı məlumatda bildirilir.
Dünyanın ən prestijli təqaüd proqramlarından sayılan "Hubert Hamfri"nin məzunları arasında nobel mükafatçıları, ölkə başçıları yer alıb. Qeyd edək ki, təqaüdün məbləği 75 min ABŞ dolları təşkil edir.
Zaur Allahverdiyev 2013-cü il Dünya Startap müsabiqəsinin mükafatçısı, 2014-cü ildə Respublika kompüter bilikləri olimpiadasının qalibi və 2022-ci ildə isə Malayziya hökumətinin MTCP təqaüd müsabiqənin qalibi olub. 2023- cü ildə Yaponiyanın JICA proqramının məzunudur.
Hazırda Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində İnformasiya texnologiyaları şöbəsində çalışır.
O, qazandığı təqaüdlə bağlı təəssüratlarını bölüşüb:
"Hazırda İnformasiya texnologiyaları sahəsində dövlət sektorunda çalışan peşəkar biri olaraq, Maksvel Vətəndaşlıq və İctimaiyyətlə Əlaqələr Məktəbində təhsil alacağım bir il ərzində xidmətlərin və informasiya sistemlərinin yaradılması və istifadəsi zamanı daha əlçatan, innovativ və təhlükəsiz qaydalar ilə təşkili istiqamətində xüsusi yanaşmaların tətbiqini öyrənəcəyəm. 
Bu istiqamətdə dünya təcrübəsində mövcud olan siyasət sənədlərinin hazırlanma prosesini, idarəçilik və liderlik sahələrində bacarıqlarımı genişləndirməyi arzu edirəm".
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbəsi dünyanın ən qabaqcıl təqaüd proqramlarından birini qazanıb - MƏBLƏĞ/ marja.az

Maraqlı     Tarix: 05 iyun 2023

Oxşar xəbərlər

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü

Tullantılar necə biznesə çevrilir? "Tullantıların biznesi" kitabı NƏŞR OLUNDU

Dövlət idarəetməsi üzrə fəlsəfə doktoru (PhD) Ayaz Salmanovun müəllifi olduğu "Tullantıların biznesi: Dairəvi iqtisadiyyat və davamlı gələcək" adlı yeni kitab işıq üzü görüb. Təşəbbüslər və Layihələr Mərkəzini

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19

İlon Maskın gələcəklə bağlı baxışı

İlon Mask öz etirafına görə, müasir dövrün Kassandrasıdır: o, gələcəyi bir çoxlarından daha yaxşı proqnozlaşdırır, lakin insanların ona inanmamasına məhkumdur. "İnsanlar anlamırlar ki, danışdığım hər şey gec-tez ba

Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?

Təsəvvür edin, ölkənin ÜDM-i artır, şirkətlər rekord mənfəət açıqlayır, amma sizin maaşınız demək olar ki, dəyişmir. Süni intellekt iqtisadiyyatı daha məhsuldar edə bilər. Amma məhsuldarlığın artması avtomatik olaraq insanları

Apple və Hindistan iPhone istehsalı üçün Çinə alternativ mərkəzi necə yaratdı

Hindistan hakimiyyəti ilə elektronika istehsalçıları arasında uzun illər davam edən əməkdaşlıq təchizat zəncirlərinin yenidən qurulmasına və Çindən asılılığın azalmasına imkan verib. Hər gün 150-dən çox ağ avtobus Çennayı

SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb

Almaniyanın raket istehsalçısı "Isar Aerospace" həftəsonu ilk dəfə uğurla orbitə çatıb. xəbər verir ki, bu, Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Şirkət sürətlə artan tələbatı qarşılama


iqtisadi xeberler bank faizleri bitcoin en son xeberler birbank