Azərbaycan məhsullarının ABŞ-a ixracına dair razılaşma
Azexport.az portalı ABŞ-ın Nyu York şəhərində yerləşən "Euphoria INC" şirkəti ilə əməkdaşlığa başlayıb. Bu haqda portalın rəhbəri Ayxan Qədəşov ABŞ-a səfəri çərçivəsində "Euphoria INC" şirkətinin prezidenti Lera Itz ilə görüşdə razılıq əldə edib.
A. Qədəşov görüşdə Azexport portalının imkanları və nəaliyyətləri barədə məlumat verib. Portalda qeydiyyatda olan Azərbaycan məhsullarının onlayn nümayişini həyata keçirib. Daha sonra şirkətin məhsul anbarı ilə tanış olub.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
A.Qədəşov görüşdən sonra bildirib ki Azərbaycanın yerli istehsal məhsullarının Amerika bazarlarında öz yerini daha da möhkəmləndirməsi üçün bütün imkanlar mövcuddur:
"Müşahidələrim onu göstərir ki, məhsullarımız qablaşdırma və keyfiyyət baxımdan bazarda olan məhsullarla rəqabət aparma imkanına malikdir. Hazırda mövcud geosiyasi vəziyyəti də nəzərə alsaq Azərbaycan mallarının kiçik uyğunlaşdırmalar aparmaqla bazara daxil olması üçün geniş imkanlar mövcuddur. Bu gün baş tutan görüş də hər iki tərəf üçün çox məhsuldar keçdi. Görüşün nəticəsi olaraq ilkin mərhələdə çay, qənnadı məhsulları, alkoqolsuz içkilər, meyvə şirələri, konservləşdirilmiş məhsullar və kosmetik vasitələrin birgə əməkdaşlığ çərçivəsində ABŞ-a ixracına dair işlərin başlanmasına dair razılığa gəldik."
Qeyd edək ki, "Euphoria INC" şirkəti 15 ildən artıqdır ki, ABŞ-ın 10-dan artıq ştatında təmsil olunur. Şirkət dünyanın 15-dən artıq ölkəsindən qənnadı məhsulları, konservləşdirilmiş qidalar, meyvə şirələri, balıq məhsulları, çay və şəxsi gigiyena məhsullarının ABŞ-a idxalı ilə məşğuldur.

/ marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Ev şəraitində pul qazanmağın yolları
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Dropshipping nədir?