"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı"ndan 3 şirkətə 20 milyon manatlıq sifariş
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti "Suqovuşan su anbarının 5.2 km uzunluğunda magistral kanalla birlikdə təmiri və bərpası", "Akuşa kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) və layihə sənədlərinin hazırlanması" və "Qusar rayonunun Girik kəndinin və sərhəd zastavasının Samur çayının sel sularından mühafizəsi" ilə bağlı keçirdiyi tenderləri yekunlaşdırıb.
Marja.az xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq "Körpü - Bina - Tikinti" MMC, "Koltek Müşavirlik Anonim Şirkəti" və "Euroline" QSC-dir.
Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti "Körpü - Bina - Tikinti" MMC ilə məbləği 12 milyon 261 min manat, "Koltek Müşavirlik Anonim Şirkəti"lə məbləği 4 milyon 796 min manat, "Euroline" QSC ilə məbləği 2 milyon 677 min manat olan müqavilə imzalayıb. Üç müqavilənin cəmi məbləği 19 milyon 734 min manatdır.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Dünyanın əh bahalı brendləri - TOP-10
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Whatsapp biznesin üstünlükləri nələrdir?
SMM nədir?
"Freelance" nədir?