Azərbaycan Mərkəzi Bankı faiz dərəcəsinə dair qərar verdi

Azərbaycan Mərkəzi Bankı faiz dərəcəsinə dair qərar verdiAzərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarına əsasən uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsində dəyişməz saxlanılıb.
Azərbaycan Mərkəzi Bankı faiz dərəcəsinə dair qərar verdiQərar faktiki inflyasiyanın proqnoz trayektoriyasına uyğunluğu və onun hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslər, daxili makroiqtisadi mühit, valyuta bazarında davam edən sabitlik, həmçinin pul siyasəti qərarlarının ötürücülük mexanizmi nəzərə alınmaqla qəbul edilib.
Hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya yaxın hərəkət edir. 2025-ci ilin iyulunda 12 aylıq inflyasiya 5% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.2%, ödənişli xidmətlər üzrə 5.6%, qeyri-qida məhsulları üzrə isə 2.1% təşkil edib. İllik baza inflyasiya isə 4.6% olub.
Beynəlxalq mühitdə qeyri-müəyyənliklər hələ də qalmaqdadır. Lakin onların daxili inflyasiyaya artırıcı təsiri son aylarda əhəmiyyətli olmayıb. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə 2025-ci ilin iyulunda əmtəə qiymətləri indeksi illik 0.7%, o cümlədən ərzaq qiymətləri indeksi 3.3% azalıb. BVF iyulda 2025-ci il üzrə qlobal inflyasiya proqnozunu azalma istiqamətində dəyişib, 2026-cı ilə dair proqnozu isə dəyişməz saxlayıb.
Cari ilin ötən dövründə həm nağd, həm də qeyri-nağd seqmentləri əhatə etməklə valyuta bazarında ümumi təklif tələbi üstələmişdir. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 1.5 faiz bəndi azalaraq 2025-ci ilin avqustunda 29.3%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. İlkin rəqəmlərə görə tədiyə balansının cari əməliyyatlar balansında 6 ay ərzində 2.3 mlrd. ABŞ dolları məbləğində və ya ÜDM-in 6.3%-i səviyyəsində müsbət saldo qeydə alınıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin 7 ayında da xarici ticarət balansının müsbət saldosu 1.6 mlrd. ABŞ dolları təşkil edib. Mərkəzi Bankın 2025-ci və 2026-cı illərin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır.
Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Ötən iclasdan bəri təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edib, AZIR indeksi ilə uçot dərəcəsi arasındakı fərq tarixi minimuma enib. AZIR indeksinin orta günlük səviyyəsi iyulda 7.15%, avqustda 6.97%, sentyabrın ötən dövründə isə 6.98% olub. Ötən iclasdan bəri AZIR indeksi ilə yanaşı gəlirlik əyrisində və Mərkəzi Bankın notları üzrə gəlirlilikdə də azalmalar baş verib. Eyni zamanda fiziki şəxslərin manatla depozitləri üzrə faizlərdə azalmalar qeydə alınıb. Aprel ayından başlayaraq Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının sərbəst qalığının yerləşdirilməsi üzrə keçirilən depozit hərracları bank sektorunun likvidlik mövqeyinə artırıcı təsir göstərməkdə davam edir. Bu şəraitdə Mərkəzi Bank 1 həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənar amillərin AZIR-ə təsirini minimallaşdırmağa çalışır. Pul bazarında aktivlik yüksək olaraq qalır. 2025-ci ilin 8 ayında ötən ilin müvafiq dövrünə nəzərən təminatsız bazarda əqdlərin sayı 19% artıb.
Ötən iclasdan bəri inflyasiya üzrə risk balansında əhəmiyyətli dəyişiklik müşahidə olunmayıb. Qlobal ticarətdə gedən proseslər əmtəə və maliyyə bazarlarında dalğalanmalara səbəb olmaqda davam edir. Bu şəraitdə idxal qiymətləri inflyasiyanın əsas xarici risk faktoru kimi hesab olunur. Bu amil isə ticarət tərəfdaşlarında inflyasiyadan və nominal effektiv məzənnənin dinamikasından asılıdır. İnflyasiyanı artıra biləcək əsas daxili risk faktoru isə xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı qeyd oluna bilər. Cari ilin sonunadək məcmu tələbin dinamikası başlıca olaraq dövlət xərclərinin icrasından asılı olacaqdır. 2025-ci ilin sonuna kredit qoyuluşlarının illik artım tempinin 2024-cü illə müqayisədə aşağı olacağı gözlənilir.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar faktiki inflyasiyanın dəyişimi, oktyabrda yenilənəcək makroiqtisadi proqnozlar, eyni zamanda xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcəkdir. Proqnozlar yenilənərkən 2025-ci ilin qalan dövrü və 2026-cı il üzrə dövlət xərclərinin gözlənilən dinamikası da nəzərə alınacaqdır. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə etməyə davam edəcəkdir.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2025-ci il oktyabr ayının 22-də ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir. / banker.az

Banklar     Tarix: 10 sentyabr 2025

Oxşar xəbərlər

"Bu il təxminən 2500 pambıqçı fermerin kreditləşməsini həyata keçirmişik"

"Bu il təxminən 2 500 pambıqçı fermerin kreditləşməsini həyata keçirmişik". Bunu -a müsahibəsində "AFB Bank"ın Mikro və Aqro Kreditlər Departamentinin direktoru Aslan Nəbiyev bildirirb. "Bu, kifayə

5 limitlə işləriniz dayanmasın - ödənişləri limitsiz qəbul edin ®

Ölkədə etibarlı və təhlükəsiz rəqəmsal ödənişlərin təmin olunması məqsədilə kartlara mədaxil əməliyyatları üzrə limitlər tətbiq edilir. Məlum olduğu kimi yeni qaydaya əsasən 1 bank kartı üzrə gün ərzində 5 dəfə, ayda is

"Merkuri BOKT"da yığıncaq keçiriləcək – maliyyə məsələləri müzakirə olunacaq

"Merkuri BOKT" ASC səhmdarlarının ümumi yığıncağını keçirəcək. Şirkətin yaydığı məlumata görə, "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən çağırılan ümumi yığınca

Biznes hesab cəmi 3 dəqiqəyə: PAŞA Bank Biznes mobil tətbiqində

PAŞA Bank müştəri təcrübəsini daha da təkmilləşdirmək məqsədilə sahibkarların real ehtiyaclarına uyğun məhsul və xidmət portfelini inkişaf etdirməyə davam edir. Bu istiqamətdə həyata keçirilən növbəti yenilik olaraq artı

Azərbaycanın ən böyük bankı ABB Özbəkistan bazarına çıxır – Mikayıl Cabbarov

Azərbaycanın və Cənubi Qafqazın ən böyük bankı ABB tərəfdaşlıq və "Davr Bank"da pay əldə etmə yolu ilə Özbəkistan bazarına çıxır. Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənddə keçirilən Özbəkistan-Azərbayca

Mərkəzi Bank sığorta bazarında 4 lisenziyanı ləğv edib - "Sizin Sığorta Brokeri"nin də adı siyahıdadır

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda fəaliyyət göstərən 4 sığorta vasitəçisinin lisenziyasını ləğv edib. Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, qərar "Sığorta fəaliyyəti haqqında" Azərbayca

Birbank Star kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir

Birbank müştəriləri üçün ictimai nəqliyyatdan istifadəni daha sərfəli edən yeni kampaniyaya start verir. 11 avqust – 30 noyabr 2026-cı il tarixlərini əhatə edən kampaniya çərçivəsində Birbank Star kartı ilə avtobus və metrod

Mərkəzi Bank 1.5 milyon manata "Oracle" lisenziyaları alır

Mərkəzi Bank Oracle lisenziyalarının satın alınması üçün 1.5 mln. manatlıq müqavilə bağlayıb. xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) Oracle lisenziyalarının satın alınması ilə bağlı keçirdiyi tende

Azərbaycan Hava Yolları və ABB təyyarə göyərtəsində POS ödəniş imkanını istifadəyə verib

Azərbaycan Hava Yolları və müştərilərin həyat tərzi tərəfdaşı ABB sərnişin təcrübəsinin təkmilləşdirilməsi istiqamətində yeni bir həlli istifadəyə verib. Artıq Azərbaycan Hava Yollarına məxsus təyyarələrin göyərtələrind


iqtisadi xeberler emlak xeberleri dollar kursu kicik biznes biznes krediti