Azərbaycanın strateji valyuta ehtiyatları 38 aylıq idxalı maliyyələşdirməyə kifayət edir
Azərbaycanın strateji valyuta ehtiyatları cari ilin 4 ayının sonuna 2.9 mlrd. və ya 3.4% artıraq 87.9 mlrd. ABŞ dollar səviyyəsinə yüksəlib.
Banker.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında bildirib.
O deyob ki, Mərkəzi Bankın valyuta ehtiyatları 12.7 mlrd. dollara yüksəlib.
"Xüsusi qeyd etmək istərdim strateji valyuta ehtiyatları tədiyə balansının statistikasına əsasən 38 aylıq idxal mal və xidmətlərinin ödənilmsinə kifayət edir. Yəni ölkənin valyuta gəlirləri olmadığı şəraitdə bizim mal və xidmətlərinin idxalına dəstək verəcək. Bizim valyuta ehtiyatlarımız geniş manat kütləsini (M2) 3.7 dəfə üstələyir".
Proqnozlara görə, Azərbaycanın cari əməliyyatlar balansı 2026 və 2027-ci illərdə 5.5 mlrd. və 4.4 mlrd. ABŞ dolları olacağı proqnozlaşdırılır. Sədr bildirir ki, Mərkəzi Bank bu hesablamaları neftin bir barelinin yuxarı doğru revizya edilməsi ilə əlaqələndirilir. Neftin bir barelinin 2026-cı ildə 84.5 dollar, təbii qazın hər 1000 kub-metrinin isə 324 dollar olacağı prqonoz edilir. 2027-ci il üçün isə müvafiq olaraq 74.5 dollar-barel və 290 dollar-min-kub olacağı proqnoz edilir.

Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
Azərbaycanda yeni agentlik - Fəaliyyətə başladı
Bank of Baku-da hüquqi şəxslərə özəl depozit – 11%-dək gəlir
Visa kartları üzrə premium xidmətlər dəyişir – 5 000 manatlıq dövriyyə tələbi
Qəzaların sayı avtomobil sığortası üzrə ödənişləri artırıb – "PAŞA Sığorta"dan 1 ayda 10 milyon manatdan çox ödəniş
Azərbaycan-Oman İnvestisiya Fondu "Azər-Türk Bank"ın yeni səhmlərini əldə edəcək
Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi
Dövlət qulluqçuları artıq sertifikat imtahanı verməyəcək - Yeni qayda açıqlanıb
"Bitcoin" 83,6 min dollara yüksəlib - SON QİYMƏT
Mərkəzi Banka yeni baş direktor təyin edilib
"iPhone 15" modelinin üstünlükləri
McDonalds haqqında maraqlı faktlar
Françayzinq nədir və necə olur?
Biznes plan necə yazılır?
Start-up nədir?