PAŞA Bank "ZirvədəSən" təcrübə proqramı üzrə qeydiyyata başladı
PAŞA Bank karyerasını inkişaf etdirmək, real iş təcrübəsi əldə etmək və nəticəyönümlü bilik qazanmaq istəyən tələbə və məzunlar üçün "ZirvədəSən" təcrübə proqramının qeydiyyatına start verib.
Proqram çərçivəsində iştirakçılar seçdikləri sahə üzrə təcrübə keçəcək və korporativ iş mühiti ilə yaxından tanış olacaqlar. Bankın təqdim etdiyi bu təcrübə proqramı 3 aylıq müddəti əhatə edir. Təcrübə müddətində iştirakçılar təlim və mentorluq dəstəyi əldə edəcək və aylıq ödənişlə təmin olunacaqlar. Proqramı uğurla tamamlayan təcrübəçilər PAŞA Bank-da karyera qurmaq imkanı qazanacaqlar.
Qeyd edək ki, son qeydiyyat tarixi 15 may 2026-cı ildir. Karyerada zirvəyə doğru ilk addımı atmaq istəyənlər linkə keçid edə bilərlər.
PAŞA Bank fəaliyyətə başladığı gündən insan kapitalının inkişafını, biliklərin paylaşılmasını və regional potensialın gücləndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirib. Bank gələcəkdə də gənclərin təhsil və karyera imkanlarını genişləndirən layihələrə imza atmağa davam edəcək. / banker.az

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
İban nədir?
ƏDV geri al və onun üstünlükləri
Biznes nədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Biznes qurmaq istəyənlərə 10 məsləhət