Mərkəzi Bank faizlə bağlı nə qərar verəcək?

Mərkəzi Bank faizlə bağlı nə qərar verəcək?Azərbaycan Mərkəzi Bankı 6 may 2026-cı il tarixində uçot dərəcəsi ilə bağlı ilin üçüncü qərarını açıqlamağa hazırlaşır. Banker.az xəbər verir ki, qərarın gün ərzində press-reliz formasında yayımlanması, daha sonra isə AMB sədrinin mətbuat onfransında bəyanatı və sual-cavabı gözlənilir.
Son iclasların müqayisəsi göstərir ki, tənzimləyicinin pul siyasəti tonunda əvvəlcə yumşalma, daha sonra isə ehtiyatlılaşma müşahidə olunub. 2025-ci ilin sonundan etibarən başlanmış faiz endirimləri 2026-cı ilin fevral iclasında da davam etdirilərək uçot dərəcəsi 6.5%-ə, faiz dəhlizinin aşağı həddi 5.5%-ə, yuxarı həddi isə 7.5%-ə endirilmişdi. Lakin 2 aprel 2026-cı il tarixli iclasda Mərkəzi Bank bu parametrləri dəyişməz saxlayaraq gözləmə mövqeyinə keçib.
Aprel qərarında vurğulanan əsas məqamlardan biri inflyasiya ilə bağlı risklərin artması olub. Əvvəlki iclasda inflyasiyanın hədəf diapazonu daxilində qalması və azalma meyli ön plana çəkildiyi halda, son qərarda qiymət artımlarının daha çox xarici mənşəli xərc amillərinin təsiri ilə formalaşdığı qeyd edilib. Bununla yanaşı, baza inflyasiyanın yüksəlməsi fonunda daha davamlı inflyasiya komponentlərinə dair risklərin artdığı diqqətə çatdırılıb.
İnflyasiya dinamikası da bu dəyişən yanaşmanı dəstəkləyir. 2026-cı ilin əvvəlində illik inflyasiya artım nümayiş etdirərək yanvarda 5.2%-dən 5.7%-ə yüksəlib, martda isə 5.6%-ə düşüb. Aylıq inflyasiya martda 0.5% artım edib. Orta illik inflyasiya isə 5,7% olub. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8%, qeyri-qida məhsulları üzrə 3,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7% artıb. Eyni zamanda, idxal olunan malların qiymətlərində artımın sürətlənməsi idxal inflyasiyası kanalı ilə əlavə təzyiq formalaşdırır. Aprel üzrə inflyasiya göstəricisi isə statistik qurum tərəfindən hələ 5-6 gün içində açıqlanmalıdır.
Mərkəzi Bank faizlə bağlı nə qərar verəcək?Bundan əlavə, AMB-nin keçən aydakı press-relizinə istinad etsək, qlobal mühitdə baş verən hadisələr də Mərkəzi Bankın ritorikasına təsir edən əsas amillərdən biri kimi ön plana çıxır. Regionda geosiyasi gərginliyin artması, enerji və logistika xərclərində yüksəliş, həmçinin neft bazarına təsir edən risklərin güclənməsi fonunda qeyri-müəyyənliklər artıb. Bu şəraitdə tənzimləyici idxal inflyasiyasının yüksəlməsi ehtimalını xüsusi olaraq diqqətdə saxlayır.
Son qərarda həmçinin inflyasiya proqnozlarına yanaşmada dəyişiklik siqnalları verilib. Fevral iclasında inflyasiya proqnozunun azaldılması istiqamətində dəyişdiyi bildirildiyi halda, aprel qərarında proqnozların artma istiqamətində yenidən nəzərdən keçirilə biləcəyi qeyd olunub. Bununla yanaşı, risk balansına dair qiymətləndirmə də dəyişərək inflyasiyaya artırıcı təsir göstərə bilən amillərin aktivləşdiyi vurğulanıb.
Mərkəzi Bankın baza ssenarisinə görə, 2026-cı ildə illik inflyasiyanın 5.5% səviyyəsində formalaşacağı gözlənilir və hazırda inflyasiyanın hədəf diapazonu olan 2%-6% intervalında qaldığı bildirilir. Bununla belə, tənzimləyici inflyasiya proqnozunun hədəfdən kənara çıxması riski yarandığı təqdirdə adekvat siyasət addımlarının atılacağını da istisna etmir.
Cari tendensiya göstərir ki, profisitli cari əməliyyatlar balansı tənzimləyicini valyuta bazarı baxımından nisbətən rahatlaşdırsa da (ötən ay AMB bazara alışyönlü təxminən 1 mlrd. dollar həcmində intervensiya edib), diqqət hələ də idxal inflyasiyası üzərində qalır.
Hazırda Yaxın Şərqdə davam edən və qeyri-müəyyən olaraq qalan geosiyasi gərginlik qlobal ticarət zəncirlərinə təsir göstərir. Bu isə öz növbəsində qida məhsulları və kənd təsərrüfatı üçün vacib olan gübrələrin qiymətində artımı stimullaşdırır. Belə bir halda Mərkəzi Bankın 6 may tarixli iclasında faizlə bağlı ehtiyatlı mövqe sərgiləməsi ehtimalı, mümkün faiz endirimi ssenarisindən daha üstün görünür.
UÇOT FAİZ DƏRƏCƏSİ NƏDİR VƏ TƏSİRİ VARMI?
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov 2022-ci ildən bu vəzifəyə təyin olunduqdan sonra ilk illərdə faiz mexanizminin iqtisadiyyatda daha effektiv işləməsi istiqamətində addımlar atıb. Artıq tam olaraq 4 ildir bu postdadır. Faizlə bağlı ambisyalı görünən Kazımov rəhbərlik etdiyi qurumun əlində olan müxtəlif monetar alətlər vasitəsilə pul bazarında təsir imkanlarını genişləndirməyə çalışıb. Məsələn, məcburi ehtiyat normalarında diferensial əmsalların tətbiqi iri banklarla daha kiçik və orta banklar arasında rəqabət balansının müəyyən qədər bərabərləşməsinə və təmərküzləşmə meyillərinin zəifləməsinə şərait yaradıb. İri banklar xərcsiz depozit bolluğundan əvvəlki kimi istifadə edə bilmir. Digər nəticə isə əhalinin manatla olan depozitlərə marağı yüksəlib. Unikal depozit yerləşdirən fərdlərin sayı rekord vurur.
Buna baxmayaraq, uçot faiz dərəcəsinin bazara ötürücülüyü hələ də tam formalaşmayıb. Beynəlxalq təcrübəyə görə (və nəzəriyyəyə görə), faiz qərarlarının real sektora təsiri adətən 2-3 rüb ərzində hiss olunur və uçot dərəcəsində dəyişikliklər kredit və depozit faizlərində eyni istiqamətli hərəkətə səbəb olur. Lakin mövcud şəraitdə bu əlaqə tam müşahidə edilmir. AMB-nin faiz qərarları ilə kredit və depozit faizləri arasında stabil korrelyasiya yoxdur. Bəzi hallarda kredit faizləri artdığı və ya sabit qaldığı halda, depozit faizlərində eniş qeydə alınır. Nəticədə kredit və depozitlər arasındakı spread və ya marja yüksəlir. Ötən ilin ilk yarısında kredit-depozit marjası mətbuat və Mərkəzi Bankın diqqətində olsa da, sonradan bu məsələyə qayıdılmadı, artım əvvəlki istiqamətdə getdi. Bazarın bu cür davranışı elə Mərkəzi Bankın sədri tərəfindən də "avtonom faktorlar" səbəbindən təsirsiz olduğu bildirdi.
Bununla belə, Mərkəzi Bankın birbaşa təsir göstərdiyi seqmentdə – banklararası pul bazarında – faiz dəhlizinin ötürücülüyü daha aydın görünür. Belə ki, təminatsız banklararası kreditlər üzrə orta faizlər bu dövrdə 7%-dən 6.5%-dən aşağı səviyyəyə geriləyib.
Mərkəzi Bank faizlə bağlı nə qərar verəcək?

Banklar     Tarix: 06 may 2026

Oxşar xəbərlər

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl


iqtisadi xeberler dollar kursu biznes ideyalari bitkoin almaq avtomobil xeberleri