Bankların 6 aydan 36 ayadək ən sərfəli müddətli manat depoziti təklifləri – SİYAHI (may)

Bankların 6 aydan 36 ayadək ən sərfəli müddətli manat depoziti təklifləri – SİYAHI (may)Banker.az 5 may 2026-cı il tarixinə Azərbaycanda manat üzrə 6 aydan 36 ayadək müddəti əhatə edən əmanət faizlərini araşdırıb.
6 aylıq əmanətlərdə bazarda ən yüksək faizlər "Expressbank" və "Kapital Bank" tərəfindən təklif olunur və müddətin sonunda 10.00%-ə çatır. Bu seqmentdə Bank of Baku isə 9.50% ilə növbəti pillədə qərarlaşır.
9 aylıq əmanətlər üzrə ən sərfəli şərtlər "TuranBank" tərəfindən təqdim olunur və burada faiz dərəcəsi 10.00% təşkil edir. "Xalq Bank" və "Bank of Baku" isə bu müddətdə 9.50% səviyyəsində gəlir təklif edir.
12 aylıq depozitlərdə rəqabət daha kəskindir və bazarın ən yüksək göstəricilərindən biri "Yapı Kredi Bank Azərbaycan"  tərəfindən təklif olunan 11.50% faizdir. Bununla yanaşı, "Bank of Baku" və "Bank VTB (Azərbaycan)" 11.25%, "Expressbank" isə 11.00% gəlir təqdim edir.
18 aylıq əmanətlər üzrə maksimum faizlər 11.50% səviyyəsindədir və bu göstərici "Bank Avrasiya", "Expressbank", "Bank of Baku" və "Bank VTB" tərəfindən təklif olunur.
24 aylıq depozitlərdə bazarın ən yüksək gəlirliliyi 12.00% səviyyəsində formalaşıb və bu göstərici "Bank Avrasiya" və "Expressbank" tərəfindən təqdim olunur. Digər banklar isə əsasən 10.50%–11.00% intervalında qalır.
36 aylıq əmanətlərdə isə ən yüksək faiz 11.50% olub, bu səviyyə "Turan Bank" tərəfindən təklif edilir. Digər banklarda isə faizlər əsasən 10.50% ətrafında dəyişir.
Bankların 6 aydan 36 ayadək ən sərfəli müddətli manat depoziti təklifləri – SİYAHI (may)XATIRLATMA!
1 yanvar 2024-cü ildən iki halda vətəndaşlar gəlir vergisi ödəmir. Birincisi, əgər vətəndaşın əmanət üzrə milli valyutada hesablanan aylıq gəliri 200 manata qədərdirsə, o halda vəsait gəlir vergisindən tamamilə azad ediləcək. Əgər 200 manatdan çoxdursa, bu məbləğədək olan hissəsi gəlir vergisindən azad olunur. Bu üç il müddətinə qədər əhatə edəcək.
Məsələn, əgər vətəndaş 10 faizlə 24 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 2400 manat, aylıq gəliri isə aylıq gəliri isə 200 manatdır. Yəni, bu o deməkdir ki, bu halda vətəndaşın əmanət gəliri tamamilə vergidən azad edilir. Amma əgər vətəndaş 10 faiz ilə 30 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 3 min manatdır və bu məbləğdən 2400 manat çıxılır, qalan hissə 10 faiz gəlir vergisinə cəlb edilir. Bu halda vətəndaşın ödədiyi cəmi vergi 60 manat olur.
Eləcə də bu tarixdən etibarən, milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi 3 illik vergidən azad edilib.
Əmanətlərin sığortalanması haqqında qanuna əsasən, illik faiz dərəcəsi milli valyutada 12%-dən, xarici valyutada isə 2.5%-dən aşağı olduğu halda 100 min manat ekvivalentinə qədər olan hissəsi tam sığortalanır.

Banklar     Tarix: 05 may 2026

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd


iqtisadi xeberler bank faizleri internetden pul qazanmaq dollar məzənnəsi bitcoin qiymeti