Azərbaycan sığortaçıları bayram günlərində 3 minə yaxın müraciət qəbul edib
Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar qeyri-iş günlərində (20–31 mart) ölkədə fəaliyyət göstərən qeyri-həyat sığorta şirkətlərinə avtonəqliyyat vasitələrinə və daşınmaz əmlaklara dəymiş zərərlə bağlı ümumilikdə 2 634 müraciət daxil olub.
Bu barədə "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyindən bildirilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Məlumata görə, müraciətlərin 2 296-sı "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası", 321-i "Kasko sığortası", 17-si isə "Daşınmaz əmlakın icbari sığortası" növü üzrə baş vermiş hadisələrlə bağlı olub.
"Müvafiq qeyri-iş günləri ərzində ölkəmizdə istər Novruz tonqallarına ehtiyatsız yanaşma səbəbilə, istərsə də vətəndaşların bayram səyahətləri zamanı bir sıra bədbəxt hadisələr qeydə alınmış, nəticədə sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınmaz əmlaklara ciddi zərər dəyib. Bu hadisələr üzrə ehtimal olunan ümumi təxmini zərər məbləği 2 milyon 550 min manat məbləğində müəyyən edilib. Hazırda daxil olan bütün müraciətlər üzrə hadisələrin tənzimlənməsi və zərərin qiymətləndirilməsi aparılır. Sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur", – deyə qurumdan bildirilib.
© "Report"

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
İnvestisiyanın necə cəlb etmək olar?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Onlayn biznes ideyaları